Çooooooooooox uzun aradan sonra oxumağa davam. Növbəti ölkə Argentina və onun timsalında Jules Florencio Cortázar. Argentinada anadan olub Parisdə yaşayıb-yaradan Cortazar magik-realizm, simvolizm ünsürləri ilə zəngin bədii əsərlər müəllifi olsa da, eksperiment səciyyəli yazdığı iki roman sayəsində postmodernizmin görkəmli nümayəndələrindən biri hesab olunur. Brüsseldə argentinalı tacir ailəsində anadan olub, uşaqlığı Buenos-Ayresdə keçib və sonradan The Paris Review-nun dediyinə əsasən solçu siyasi görüşlərinə görə Parisə sürgün edilib, uzun müddət ərzində UNESCO-da tərcüməçi kimi işləyib.
İlk hekayəsi Borxesin nəşr etdirdiyi jurnalda çap olunur, elə burdan da asanlıqla deyə bilərik ki, Cortazar yaradıcılığında Borxesin təsiri danılmazdır, Julio özü də ondan təsirləndiyini heç gizlətməyib.
Yaradıcılığının əsas mövzusu dövrün sosial-siyasi-psixoloji-mental problemləri, insanların bir-birinə münasibətləri, azadlıq, sevgi, borc, eqoizm və s.dir. Ənənəvi mövzular qeyri-ənənəvi üslubda - postmodernizmin söz oyunu, paradoks, hiperbola, yazarın ölümü kontekstində.
Yazar 1984-cü ildə xərçəng xəstəliyindən Parisdə vəfat edib və orada da dəfn edilib.
1963-cü ildə eksperiment kimi yazılan "Xana-xana oyunu" Julionun ən tanınmış əsərlərindən birincisi hesab olunur. Magistratura dissertasiyasının mövzunu postmodernizm olan biri kimi əsərin postmodernliyinə bir sözüm yoxdur, Derridanın "Mətn-dünyadır, mətn içində mətn" konsepsiyası.
Əsərin əsas qəhramanı Horasio Oliveira adlı bir nəfər və "кортасаровское интеллектуальное пространство"da olan bir qrup insandır. İlkin hadisələr - Horasionun sevgilisi və intellektuallar klubundakı insanlarla olan münasibəti - Parisdə, sonluq isə - dostları Treveler və Talitayla keçən günləri Buenos-Ayresdə - cərəyan edir.
Əsəri, adi və xüsusi sxem olmaqla iki yolla oxumaq mümkündür. Mən xüsusi yolla oxudum, adi sxemlə də oxumağı düşünürəm.Təəssüratlarımın fərqli olub-olmamağı çox maraqlıdır mənə.
Əsəri "ürəyim gedəcək" dərəcədə bəyənmədim, bəzi insanlar üçün dahilik nümunəsi olsa da, mənim üçün belə olmadı. Amma oxumağıma da peşman deyiləm, ən azından, bir chapter`də iki fərqli hekayənin necə nəql edildiyini gördüm.
Kitabın mahnısı: Bailando
p.s. Klipdəki qız Maqa, Enrigue - Horasio, Desceemer Bueno və Gente d`Zona - Treveler və Talita, rəqs edənlər isə əsərdə olan digər insanlar :)
Rəngarənd cover`lər:














No comments:
Post a Comment