Pages

Friday, 24 October 2014

19. Əfqanıstan və Khaled Hosseini`n "The Kite Runner"i.

Əfqanıstanda anadan olub Amerikada yaşayıb-yaradan Khaled Hosseini çox nadir yazarlardandır ki, ərsəyə gətirdiyi əsərlərin hər birində öz ölkəsini təsvir edir, bəşəriyytəin diqqətini oradakı vəziyyətə cəlb edir. “Əfqanıstanı təbliğ etmək üçün əsərlərindən istifadə edir”. Atasının işi ilə əlaqədar olaraq Fransada yaşayan ailə, 1980-ci il hadisələrindən sonra Əfqanıstana qayıtmaq yerinə, ABŞ-a köçdü. İxtisasca həkim olan Khaled 2001-ci ildə ilk romanı “The Kite Runner”i yazmağa başlayıb və 2003-cü ildə nəşr etdirib.

image

Ardınca, 2007-ci ildə “A Thousand Splendid Suns” və 2013-cü ildə 3-cü romanı “And The Mountains Echoed” romanı çap olunub. İlk iki kitanı təkcə ABŞ-da 10 mln, dünyada isə 38 mln-dan çox nüsxə ilə satılıb. 2006-cı ildə BMT-nin Sülhməramlı Səfiri seçilən Khaled daha sonra The Khaled Hosseini Foundation xeyriyyə təşkilatını yaradıb. Təşkilatı Həyat yoldaş Roya Hosseini, digər qohumu Sandra Hosseini ilə birlikdə idarə edir. - Ürəyində xeyriyyə cəmiyyəti qurmaq olanların arzusu :)

image

image

The Kite Runner Khaled`in ilk romanı olmasına baxmayaraq, sonuncu onu oxumuşam. İlk öncə onu oxusaydım, tam başqa təəssüratlarla yazardım bu yazını. Amma gözlədiyim kimi olmadı, çünki artıq kitabın 150-ci səhifəsindən sonra sonun necə olacağını bilirdim. Sadəcə hadisələrin gedişatını bilmək üçün oxudum. And The Mountains Echoed romanını oxumağın “disadvantage”i.
Əvvəldə də dediyim kimi roman Əfqanıstan həyatını yəqin ki, ən incə detallara qədər təsvir edir. Əslində, təsvir sevən biri deyiləm, amma Khaledin təsvirləri insanı bezdirmir.
Əsər iki oğlan uşağının - Hassan və Amirin doğulduğu vaxtdan böyüyənə qədər olan həyatlarını təsvir edir. Bir atanın oğlu olsalar da, həyata göz açdıqları andan tamamilə fərqli həyat yaşayırlar. Oğlanlardan biri ən yaxln dostu sandığı insanın öz doğma qardaşı olduğunu bilmədən həyatdan köçür.
Kitabı oxuyarkən müharibədən sonrakı Əfqanıstan və orada gedən hadisələrin təsvir olunduğu hər səhifədə özümü təsəvvür edirdim. İnsanın inanmağı gəlmir ki, dünyada belə yerlər mövcud imiş. Belə şəraitdə yaşayan insanlar var. Biz çox şanslıyıq.
Kitabın filmi Marc Forster tərəfindən David Benioff`un ssenarisi əsasında 2007-ci ildə çəkilib. Filmdəki uşaq rollarında yerli əfqanl uşaqları çəkilib.

image

Kitabdakı tək cümləm:
Həyat bir qatardır, sən də öz yerini tut.

Kitabın ən çox bəyəndiyim cover`i (1) və digərləri.

image

image

Və kinonun script`i.

image



No comments:

Post a Comment