Pages

Friday, 24 October 2014

28. Argentina və Julio Cortázar`ın "Xana-xana oyunu".

Çooooooooooox uzun aradan sonra oxumağa davam. Növbəti ölkə Argentina və onun timsalında Jules Florencio Cortázar. Argentinada anadan olub Parisdə yaşayıb-yaradan Cortazar magik-realizm, simvolizm ünsürləri ilə zəngin bədii əsərlər müəllifi olsa da, eksperiment səciyyəli yazdığı iki roman sayəsində postmodernizmin görkəmli nümayəndələrindən biri hesab olunur. Brüsseldə argentinalı tacir ailəsində anadan olub, uşaqlığı Buenos-Ayresdə keçib və sonradan The Paris Review-nun dediyinə əsasən solçu siyasi görüşlərinə görə Parisə sürgün edilib, uzun müddət ərzində UNESCO-da tərcüməçi kimi işləyib. 

İlk hekayəsi Borxesin nəşr etdirdiyi jurnalda çap olunur, elə burdan da asanlıqla deyə bilərik ki, Cortazar yaradıcılığında Borxesin təsiri danılmazdır, Julio özü də ondan təsirləndiyini heç gizlətməyib.




27. Norveç və Knut Hamsun`un "Aclıq"ı.

Həm ədəbiyyatda, həm də ictimayi-siyasi görüşlərində mürtəce nəzər nöqtəsinə malik, Nasist yazar, İtaliya və Almaniya faşizmini təqdir edən, Hitlerə daim dəstək olan Knut Pedersen Hamsun ilə təsadüfən Ali və Ninoda tanış olmuşdum.Hitler tərəfdarı olsa da, Norveçin almanlar tərəfindən işğal deyil, xilas olunmasını bildirsə də, yəhudilərə kömək edərək onlari xilas etməkdən çəkinmir, onдar üçün konsentrasiya düşərgələrinin yaradılmasına etiraz edirdi. Qeyd edim ki, Hamsun Norveçdə faşizm hökümətini dəstəkləyən yeganə tanınmış ziyalı idi.
image


26. Rumınya və Herta Müller`in "Reisende auf einem Bein" (Tək ayaqlı yolçu).

Herta Müller 1953-cü ildə Rumınyada anadan olub, həm rumın, həm da alman vətəndaşlığına sahibdir və ədəbi yaradıcılıq dili alman dilidir. 2009-cu ildə təbiəti təsvir edən nəsr əsərlərində olan nəzm ünsürlərinə görə Nobel Mükafatına layiq görülüb. Universitetdə alman və rumın ədəbiyyatı fakültəsində təhsil alan Herta 1987-ci ildə yazar olan həyat yoldaşı Richar Vagner ilə birlikdə Almaniyaya köçüb və hal-hazırda da orada yaşamaqdadır.

image



25. Sloveniya və Slavoj Žižek`in "Tarkovski"si.

Slavoj Žižek - sırf blog üçün oxuduğum yazarlardan biri. Haqqında heç bir məlumatım yox idi. “Tarkovski”ni oxuduqdan sonra anladım ki, bu adam ədəbi insandan daha çox freydomarksist, psixoanalitik, ideoloq, ontoloq, kulturoloq və s.-dir. Slavoj Žižek 1949-cu ildə paytaxt Lyublyanada anadan olub və hal-hazırda bu şəhərdə yaşayayıb-yaratmaqdadır. Lyublyana - teoritik psixoanaliz məktəbinin direktoru, Sosil Tədqiqatlar İnstitutunun Prezidenti, bir sıra rejissorların filmlərinin şərhçisidir, əsasən də Hitchcock`un. Tərcüməçisi və şərhçisi olduğuna görə daha çox Jak Lacan`cı (Lacaner) olaraq tanınır. ”Žižek!”, “The Pervert’s Guide to Cinema” və “Marx Reloaded” filmlərində çəkilib.

image


24. Peru və Mario Vargas Llosa`nın "Cartas a un joven novelista" (Gənc yazıçıya məktublar) əsəri.

Məktublar həmişə maraqlıdır. Tanınmışlara məxsus olan məktublar isə “über” maraqlı. Məktub yazan yazarları araşdırarkən rastlamışdım Mario Vargas Llosaya. Peru yazıçısı, üstəlik 2010-cu il Nobel mükafatçısı olduğunu biləndən sonra sifariş ediləcəklər siyahısında Llosanın “Gənc yazara məktublar” kitabı ilk sırada yer aldı.
Marioya çəkilmiş karikaturalardan biri - Super Mario Vargas Llosa :D

image

Kitaba keçmədən qeyd edim ki, Jorje Mario Pedro Vargas Llosa 1936-cı ildə  Peruda anadan olub, dramaturgiya və publisitika sahələrində ədəbi nümunələr yaradıb. Siyasi fəaliyyəti ilə də tanınan, Nobel və Buker mükafatları laureyatıdır. Mario Vargas haqqında ən maraqlısı odur ki, Marionun dissertasiyasının mövzusu Marquezin bəddi yaradıcılığı olub. Gabriel Garcia Marquezin əsərlərinə necə tənqidi yanaşıbsa, onlar arasında olan münasibətlər təbii olaraq, pozulub. 1976-cı ildə günlərin bir günü vəziyyət o yerə çatıb ki, Mario jurnalistlərin gözü önündə Gabrielə sillə vurub. 2007-ci ildən onlar arasındakı buzlar əriməyə başlayıb və Gabriel Garcia Marquez “Yüz illik tənhalıq” əsərinin akademik yorumlanması çap  olunarkən Mario Vargas Llosanın işlərindən istifadə edilməsinə icazə verib.

image

Flaubert, Tolstoy kimi yazarların Llosa yaradıcılığına təsiri böyük olub. Gənclikdə Kastro rejiminin dəstəkçisi olan Mario 1987-ci ildən siyasi fəaliyyətə başlayıb və 1990-cı ildə Peruda prezident seçkilərində iştirak edib.
Mario Fransada yaşadığı müddətdə Borxes ilə çox yaxın əlaqədə olub, İngiltərə və İspaniyada müəllimlik edib. Bir “kuzina”sı ilə vətəndaş nigahında yaşasa da, başqa “kuzina”sına evlənib və 3 övladı olub. Oğlu Alvaro Vargas Llosa publisist və siyasi aktiv şəxsiyyətdir.
İndi keçək kitaba :) Kitabın ilk səhifəsini oxuyanda əməlli-başlı fiasko yaşadım. Elə bilirdim nə isə romandır. Sən demə, elə adında olduğu kimi gənc bir yazara məktublardır. Məsləhət məktubları. İlk başlarda necə sıxılırdım təsəvvür belə edə bilməzsiz. Amma bitirmək məcburiyyətində idim. Hər şey heç də gözlədiyim kimi olmadı. Kitabın ortalarına yaxın məktublar maraqlı olmağa başladı, çünki ədəbi nəzəriyyə ilə yanaşı kitabda çox maraqlı əsərlərin təhlilləri öz əksini tapmağa başladı. Filologiya tələbələri üçün bu təhlilər həddindən artıq maraqlı olur. Çünki, elə əsərlər var ki, biz onları oxumasaq belə kitabın təhlilini bilirik.

image

Bu məktublardan çox sayda “mütləq oxunmalı” kitab əldə etdim. 5 sözdən ibarət qısa hekayə belə oxudum. Bildiyim əsərlərdə bilmədiyim faktlarla qarşılaşdım. Bir sözlə, maraqlı idi.

Kitabdan özümə cümlə seçə bilmədim, amma bir sətirlik hekayəni yazım :)
"When he woke up, the dinosaur was still there."  (Oyanmışdı və dinozavr hələ orda idi.) İlk baxışda çox balaca görünən Augustos Monterossonun bu hekayəsi bir neçə doktorluq dissertasiyasının mövzusu olub ;)
 Və amazing covers :)

image
image 

image 

image 

image 

image 

image 

image


23. Avstriya və Stefan Zweig`ın "Chess Story" v ya da "Royal Game" əsəri.

Növbəti kitabın, daha doğrusu kitablarım Avstriya yazıçısı Stefan Zweig`ın “Şahmat” əsəridir. Əsərə keçməmişdən əvvəl yazarın çoooooox maraqlı həyatı haqqında bir-iki kəlimə demək istərdim. Stefan Zweig 1881-ci ildə Vyanada kifayət qədər imkanlı ailədə, evin son - ikinci uşağı olaraq dünyaya gəlib.

image

Böyük qardaşı atasının işini davam etdirdiyi üçün, Stefana oxumaq, universiteteə daxil olmaq, doktorluq dərəcəsi almaq və s. kimi öhdəliklər düşür. Əslində öhdəlik deyil də, prestij desək daha düzgün olar. Vyana universitetini bitirdikdən sonra ABŞ, Panama, Hindistan, İtaliya, İspaniya, Fransa kimi ölkələri səyahət edir və Birinci Dünya Müharibəsinin son illərində İsveçrədə yaşayır. Müharibədən sonra Salzburga məskunlaşır. Hitler Almaniyada hakimiyyət başına keçdikdən sonra Stefan ölkəni tərk edib öncə Londona, sonra New Yorka, sonra da Braziliyaya köçür. Və Rio de Janeiro`nun yaxınlığında yerləşən Petropolis qəsəbəsində ikinci həyat yoldaşə Charlotte Altmann ilə intihar edərək dünyadan köçürlər.

image

Charlotte onun katibəsi olub və ilk həyat yoldaşı - Friderike Maria von Winternitz ilə 1938-ci ildə boşandıqdan sonra, 1939-cu ildə Lotte ilə evlənir.
Stefanla Lottenin intiharı barədə bir sıra fikirlər söylənir:
1. Depressiya
2. “Hayalkırıklıkları”
3. Almaniyadakı vəziyyət.
4. 60 yaş qorxsu.

Stefanın vida məktubunda “60 yaşdan sonra hər şeyi yenidən başlamaq xüsusi güc tələb edir. Vətənimdən kənarda keçiridyim bu illər mənim bütün gücümü alıb. Həmçinin, düşünürəm ki, varlığıma elə indi alnı açıq, başı yuxarı şəkildə son qoysam yaxşıdır. Əvvəllər həyatımın xoşbəxtliyi intellektual yaradıcılığım, qiyməti isə şəxsi azadlığım idi. Dostlarımın hamısını salamlayıram. Qoy, onlar səbr edib gecənin zülmətindən sonrakı işlğı görsünlər, amma mənim səbrim yoxdur və onlardan əvvəl gedirəm.” - misraları öz əksini tapır.
1942-ci ilin 23 Fevral tarixində bütün qəzetlərin ən sensasiyalı xəbəri Stefan Zweig`ın ölümü olsa da, müharibə dövründə daha vacib xəbərlər olduğundan heç də uzunömürlü olmur.
Stefan Zweig`ın Petropolisdə olan evi Casa Stefan Zweig adı ilə muzeyə çevrilib.

image 

image

Stefan Zweig`ın yaradıcılığı kifayət qədər marağa səbəb olsa da, kitabları 30-dan artıq xarici dilə tərcümə edilsə də, müəyyən müddətdən sonra Almaniyada onun kitablarının nəşrinə qadağa qoyulur. Amma buna baxmayaraq, ABŞ, Braziliya kimi ölkələrdə nəşriyyatlar onun əsərlərini çap etməyə davam edirlər.
Eyni gündə Stefanın iki novellasını oxudum “Şahmat” və “Naməlum qadının məktubu”. Blog üçün isə bir nəfəsdə bitirdiyim “The Royal Game”i yazmaq qərarına gəldim. “Schachnovelle” Yazarın ölmədən öncə nəşriyyata göndərdiyi ən son iki əsərindən biridir. 1938-1941-ci illər arasında Braziliyada yazılıb və 1942-ci ildə Buenos-Ayresdə cəmi 300 nüsxə ilə  nəşr edilib. 1943-cü ildə Avropada nəşr edilən kitab, 1944-cü ildə ABŞ-da ingilis dilində, yalnız 1974-cü ildə isə Almaniyada nəşr olunub. Ümumilikdə 1.2 milyona yaxın nüsxəsi satılıb.

image

Əsər New York`dan Buenos Ayres`ə gedən gəmidə cərəyan edən bir hadisəni əks etdirir. Gəmidə məşhur şahmat üzrə dünya çempionu Mirko Czentovic (şahmat oynamaqdan başqa heç bir istedadı, bacarığı olmayan kəndli) və alman işgəncələrindən təsadüf nəticəsində can qurtararaq xilaskarı olan bu gəmi ilə ilə Argentinaya gedən Dr. B. (ailəvi hüquq məsləhətxanası olan və müharibə dövründə bir çox sirlərin gizlədilməsində birbaşa rolu olan orta təbəqə insanı) var. Dr. B ilə Czentovic`ın ortaq cəhəti şahmatdır. Czentovic`in istedadı var, Dr. B isə həbsdə olarkən polislərdən oğurladığı şahmat kitabçasından şahmatı öyrənib. Həbsdə olarkən Dr. B özünü “heçlik” ilə müqayisə edir. Oğurladığı o kitabça isə onun xilaskarı olur. Dr. B şahmatı dəli olma dərəcəsində öyrənir. Özü-özünə qarşı dəfələrlə şahmat oynayır və sonda bu onun sinir sisteminin çökməsinə səbəb olur.
Gəmidə olanlar Czentovic kimi bir məşhurun olduğunu fürdət bilib onun diqqətini cəlb edərək şahmat partiyasına dəvət edirlər. Czentovic eyni anda 24 nəfərə qarşı oynayır. Dr. B adlı yad biri Mirko Czentovicin gələcək gedişlərini belə hesablayaraq oyunun bərabərə qalmasına səbəb olur. Bu bərabərliyi qüruruna yedirməyən Mirko ertəsi gün üçün daha bir oyun görüşü təyin edir. Bu dəfə Dr. B ona qarşı tək oynayır. İlk oyunda mat olmamaq üçün Czentovic fiqurlarını dağıdır. Və yenidən bir oyun daha istəyir. Bu oyunu qəbul edən Dr. B yenidən xəstəliyinə geri dönmə təhlükəsi yaşayır. Hekayəni nəql edən obraz ona xəbərdarlıq etsə də, heç bir təsiri olmur. Oyunun sonlarına yaxın Dr. B Mirkonun gözlənilməz gedişinə qeyri-adekvat reaksiya verir. Bu onun həbsdə olarkən içində olduğu vəziyyətin eynisi idi. Oyunu yarımçıq qoyan Dr. B haqda dediyi son sözlər isə sadəcə “Heyf, gedişlərini heç də pis planlamırdı, həvəskar şahmatçı üçün həddindən artıq istedadlı idi”.
Novella çox axıcıdır, çox maraqlıdır. İşdə heç vaxt kitab oxumayan mən butun novellanı işdə bitirdim. Əminəm sevəcəksiz.

Kitabın maraqlı və çoxlu cover`ləri

image 
.
image 

image
image
image
image 

image 

image 

image 

image 

image 

image 

image 

image 

image 

image 

image


22. İran və Mahbod Seraji`nin "Rooftops of Tehran".

Mahbod Seraji haqqında heç bir bilgim yox idi, təsadüfən iranlı olduğunu öyrnən kimi kitabını endirdim və İran üçün oxumağa başladım. Oxumadan əvvəl bookclub`dan da bir nəfərin bu kitabı oxuyub bəyəndiyimi eşitmişdim. Kitab daha da maraqlı oldu.
Mahbod Seraji 1956-cı ildə İranda anadan olub, 1976-cı ildə isə universitet oxumaq üçün ABŞ-a köçmüşdür. Ayova universitetində bakalavr, magistr və doktorluq dərəcələrini alıb. Haqqında oxuduğum qədəri ilə “Tehranın damları” onun yeganə əsəridir.

image

Yazıçı kitab haqqında fikrini bildirərkən qeyd edir ki, onun əsas məqsədi ictimaiyyəti “əsl” İran ilə tanış etmək olub. İnsanlarının istiqanlılığını, qonaqpərvərliyini, adət, ənənələrini, bir-birinə olan münasibətlərini geniş kütləyə çatdırmaq üçün belə bir kitab yazıb. Saytında qeyd edir ki, kitabla bağlı istənilən müzakirəyə qoşulmağa şad olardı. Bunun üçün mahbod@rooftopsoftehran.com e-mailinə not yazmaq kifayətdir. Kitabı oxuduqdan sonra öz fikirlərinizi sevə-sevə onunla bölüşə bilərsiniz.

Kitab haqqında onu deyim ki, “The catcher in the Rye”, “The Perks of Being A Wallflower” kimi gənc bir oğlan uşağının ətrafında baş verən hadisələri əks etdirir. Şah dövründə iranlıların əziyyətindən, gənclərin Marksizm cərəyanına meylindən, şah irticasınınn onları təqib etməsindən, öldürülməsindən, ailələrinə yas tutmağa belə icazə verilməməsindən, yer üzündə belə insan yaşamımış kimi həyata davam edilməsindən bəhs edən bu kitabın əsas qəhrəmanları Paşa və Əhməddir. Onlar həm qonşu, həm sini yoldaşı, həm də ən yaxın dostdurlar. Hadisələr Paşanın dilindən nəql edilir. Paşa ağıllıdır, ətrafında baş verənləri dərk edir və ailəsinin də istəyi ilə Amerikada təhsilini davam etdirəcək. Amma Amerikaya gedənə qədər həyatında çox ağır günlər keçirir.

Qonşuları Zariyə aşiq olur, Zari həm yaşca ondan böyük, həm də ictimai-fəal gənc “Doktor”un nişanlısıdır. Doktor Paşanın dostudur, ona oxumağa kitablar tövsiyyə edir, amma dostunun nişanlısına aşiq olduğuna görə Paşa vicdan əzabı çəkir. “Doktor”un ölümündən sonra Zari nişanlısının intiqamını almaq və şah rejiminə öz etirazını bildirmək üçün şahın ad gününə həsr olunmuş yürüşdə şaha zərər yetirmək üçün özünü yandırır və bununla da Paşanın ən ağır günləri başlayır.

Əsər Happy End`lə bitir. Amma istəməzdin elə bitsin. Zari ölsə idi, daha maraqlı olardı. Belə ənənəvi sonluq artıq maraqlı deyil. Paşa gedir Amerikada oxuyur, rejissor olub İran həqiqətlərini dünyaya çatdırmağı və yaxşı həkimlər gətirib Zarinin yanan sifətini estetik əməliyyat etməyi özünə vəzifə edir.
Axıcı və maraqlı kitabdır. Oxumağa dəyər.

Kitabın “tapa bildiyim” cover`ləri:

image

image

image

Ən yadda qalan cümlələr isə:

image

"Belə bir gülməli hadisə":

image



21-ci ölkə Gürcüstan və Nodar Dumbadze`nin "Günəşi Görürəm"i.

Hər əsərin öz vaxtı var. Bir neçə ay əvvəl oxumağa səbrim çatmadığı bu əsəri keçən həftə iki gündə bitirdim. “The Catcher in the Rye” oxuyanda yaşadığı hisslərin bənzərini yaşadım. 1965-ci ildə yazılıb, çox axıcı və maraqlıdır. Əsərin mövzusu İkinci Dünya Müharibəsi zamanı Gürcüstandakı həyatdan götürülüb. İdeya isə müharibə şəraitində insanların vətənpərvərliyi, xeyirxahlığı, əməksevərliyidir. Kiçik bir kənd həyatının timsalında Müharibə zamanı Sovet ölkələrinin ortaq taleyi öz əksini tapır. İndiyə qədər müharibədən bəhs edən belə mülayim bir kitab oxumamışdım. Ədəbiyyatımızda belə nümulərin olub-olmadığı barədə heç bir fikrim yoxdur. Kinolarımız var amma.
Yazıçı haqqında qeyd edim ki, Gürcüstan SSR-də anadan olub, Tbilisi Universitetinin İqtisadiyyat fakultəsini bitirsə də, çox keçmədən, özünü tamamilə ədəbiyyata verib.

image

Müharibə başlayır və kəndin gəncləri döyüşə gedirlər. Bir müddət keçəndən  sonra kəndin qida ehtiyyatı yox dərəcəsinə çatır. İnsanlar bir-birinə kömək edir. Evlərində rus əsgərlərinə qayğı göstərirlər, qonşudan borc aldıqları çörəklərini əsir düşən almanlara yedirirlər, kimiləri əsgər məktubları, kimiləri isə ölüm xəbərləri alırlar. Və bütün bunlar yeniyetmə bir oğlanın - Sosonun dili ilə nəql edilir. Əsər bir-birindən maraqlı personajlar - Xatiya, Keto, Anatoliy, Bejana (ən sevimli personajım), Vissarion, Beqlar, Asalo, Qerasim, Lukuya və s. zəngindir. 

Əsərdə ən yazıq personaj Datikodur. Sosonun xalasi, gürcü dili müəlliməsi -  Ketonu sevir, müharibədən yayınaraq meşədə, tarlada dezertir kimi yaşayır, Bejananı öldürür, lakin sonda çayda güclü axına düşən görmə qüsurlu qız - Xatiyanı xilas etdiyi üçün kənd sakinləri tərəfindən ittiham edilmir.

Kitabdakı ən sevdiyim cümlələr.

1.
image

2.
image

Və cover`lər:

image 

image 

image 

image 

image 

image 

image