Slavoj Žižek - sırf blog üçün oxuduğum yazarlardan biri. Haqqında heç bir məlumatım yox idi. “Tarkovski”ni oxuduqdan sonra anladım ki, bu adam ədəbi insandan daha çox freydomarksist, psixoanalitik, ideoloq, ontoloq, kulturoloq və s.-dir. Slavoj Žižek 1949-cu ildə paytaxt Lyublyanada anadan olub və hal-hazırda bu şəhərdə yaşayayıb-yaratmaqdadır. Lyublyana - teoritik psixoanaliz məktəbinin direktoru, Sosil Tədqiqatlar İnstitutunun Prezidenti, bir sıra rejissorların filmlərinin şərhçisidir, əsasən də Hitchcock`un. Tərcüməçisi və şərhçisi olduğuna görə daha çox Jak Lacan`cı (Lacaner) olaraq tanınır. ”Žižek!”, “The Pervert’s Guide to Cinema” və “Marx Reloaded” filmlərində çəkilib.
Oxuduğum “Tarkovski/The Thing from İnner Space” kitabı, Žižek`in
filmlər haqqında analizlər seriyasının 8-ci kitabıdır. Kitabda bir sıra
filmlər, o cümlədən “Deep İmpact”, “Picnic at Hanging Rock”, “Titanic”,
“Stalker”, “White Buffalo”, “Solaris”, “From Here to Eternity”, “Abyss”,
“Nostalgiya”, “Sacrifice” və s. filmlərin analizi verilir və filmi
izlədiyiniz zaman fikir vermədiyiniz detallar insan gözündə daha fərqli
bir prizmadan canlanır. Kinomanlar üçün çox dəyərli bir kitabdır.

Kitabdakı cümləm “Beau Geste” (Gözəl Jest) filmindən bir cümlədir:
- Sevgidə, insan sahib olmadığı bir şeyi verirsə, demək
sevgi oğurluğunda da insan Başqasından onun sahib olmadığı bir şeyi
oğurlar.


No comments:
Post a Comment