Pages

Monday, 20 October 2014

17. Liviya və Amin Maalouf`un "Samarcande"si.

Bəzən paralel 4-5 kitab oxuduğum vaxtlar olur. Bu hala düşmək Səmərqəndin də taleyində var imiş kitabı bitirənə qədər 4-5 kitab bitirmişəm. Bəli, maraqsız olan kimi, səbr edə bilməyib başqa kitaba keçmişəm. Bu maraqsızlıq da ən çox sonuncu hissədə olub.
 

image

Tarixi roman olan “Səmərqənd” ilk hissələrində Ömər Xəyyamın həyatından, “Rübaiyyat”ın yaranmasından, həmin dövrün ictimai-siyasi vəziyyətindən, son hissədə isə XX əsr və İran İnqilabından bəhs edir. 4 hissədən ibarətdir və ilk dəfə 1988-ci ildə fransız dilində nəşr olunub. Liviya və fransız dili? Yəqin ki, hər şey aydındır. Əsərin müəllifi Liviya əsilli fransızdır, amma əsər fransız ədəbiyyatına aid edilmir. Nəysə, romanın ilk hissələri çox maraqlıdır, həddindən artıq. Tarixi ünsürlər öz sözünü deyir. Ömər Xəyyamın gəncliyi, həyatı, olduğu şəraitdən asılı olaraq cavab kimi dediyi rübailər çoc əladır. Ümumiyyətlə, əsərin ilk hissələri, Xəyyam, hamımızın tanıdığımız məşhur vəzir Nizamülmülk (Səlçüq imperiyası) və Assasinlərin əsasını qoyan Hasan Sabbahın ətrafında cərəyan edən hadisələri əks etdirir. Xəyyamın Rübaiyyatı necə yazmağa başlaması, Hasan Sabahın necə həmin Rübaiyyatı oğurlatması, saxlandığı kitabxanaların yanmasına baxmayaraq, Rübaiyyatın zərər görməməsi (?), Xəyyamın sevgilisi, sevgi və şərab dolu həyatı və s. bunlar hamısı öz yerində.
Gələk son hissəyə. Son hissə XX əsrdə İran inqilabından və bu “Rübaiyyat”ın arxasınca İrana qədər gəlib çıxan Benjamin Omar Lesage`ın macəralarından bəhs edir. İran mənim üçün o qədər maraqsız bir ölkədir ki, yəqin elə burada təsvir edilənləri oxuyub bitirənə qədər paralel bir neçə kitab oxumuşam. Benjaminin ikinci adı Ömərdi, çünki anası ilə atası Ömərin “Rübaiyyat”ına olan maraqlarına görə tanışıb, sevib, evləniblər. 

Benjamin də bu marağına görə İranın devrilmiş şahının nəvəsi ilə qarşılaşıb onu sevir. 
Və gəldik yenə ən maraqlı səhnələrdən birinə. Titanic. Sonluğun Titanicə bağlanması əladır. “Rübaiyyat” Titaniclə birgə okeanın dibinə enir, Benjamin Titanicin 1-ci sinif sərnişinlərini gəmidən kənarlaşdıran qayıqlardan birinə xilasedici çatışmadığından ondan avarları çəkməsini istəyirlər. Şahzadə Şirin də həmin qayıqda olur. Ancaq sonda Şirin də “Rübaiyyat”ın yanına gedir. Necə? :P

Amin müəllim Liviyada anadan olub, vətəndaş müharibəsi başladıqdan sonra (1975) Fransaya köçüb. Anası türkdür. Ədəbi fəaliyyətinə görə Goncourd Prix ve Austrian Award mükafatlarını alıb, və 2012-ci ildə Elite French Academy`ye uzv seçilib. Liviya onunla fəxr edir. :)

image

Kitabdan maraqlı seçmələr və ƏN`im :)


Əla məsəllər:

image 

image 

image 

image 

image 

image

Qədim Səmərqənddə qeyri-adi bir adət :)

image

Maraqlı sözlər :)

image
image

O gecə.

image

Vəəə… Ən!

image

p.s. Kitabın Original Cover`i.


image

And others.

image


image 

image 

image 

image 

image



1 comment: