Görmək istədiyim ölkələrdən biri Çilinin yazarı Roberto Bolaño
haqqında, demək olar ki, heç nə bilmirdim. Öncə yazarın haradan olduğuna
baxdım, sonra Goodreaders`de en reytingli əsərini tapa bilmədiyimdən,
reytinqcə 5-ci əsərindən 1 hekayə tapdım və oxudum.
İlk öncə Roberto Bolaño haqqında deyim ki, Çilidə anadan olub,
gəncliyini Meksikada keçirib, sonra yenidən Çiliyə qayıdıb və sonradan
İspaniyaya köçərək həyatının sonuna qədər orada yaşayıb. Ağır
xəstəlikdən Barcelonada xəstəxanada vəfat edib. Bədii yaradıcılığında ən
çox Borxesin təsiri özünü əks etdirib. “Vətən” anlayışı onun üçün ispan
həyat yoldaşı və iki övladından ibarət olub, kitablar, şəhərlər,
ölkələr ikinci dərəcəli mahiyyət daşıyıb.
Oxuduğum “Mauricio Silva” Roberto Bolaño`nun 14 qısa hekayədən ibarət olan və 1997-ci ildə çap edilən "Last Evenings on the Earth" adlı
kitabındandır. Hekayə Hindistana bir məqalə üçün fotoşəkillər çəkməyə
gedən gay fotografın səfərindən bəhs edir. Səfərdə olduğu zaman o,
kasıbların öz oğul övladlarını hansı yolla və nə üçün qurban
verdiklərini, sonradan onların talelərinin necə olduğunu görür və
əlindən gələni edərək onlardan cəmi ikisini xilas etsə də, həmin
uşaqları ölümdən xilas edə bilmir. Hekayə çox maraqlıdı. Hindistanı
onsuz da, sevmirəm, bu hekayədən sonra heç sevmədim. Tac-Mahalın
Hindistanda olduğuna da heyfislənirəm.
Kitab 2006-cı ildə Avstraliyalı tərcüməçi və yazar Chris Andrews tərəfindən tərcümə edilib.


No comments:
Post a Comment