Pages

Friday, 24 October 2014

24. Peru və Mario Vargas Llosa`nın "Cartas a un joven novelista" (Gənc yazıçıya məktublar) əsəri.

Məktublar həmişə maraqlıdır. Tanınmışlara məxsus olan məktublar isə “über” maraqlı. Məktub yazan yazarları araşdırarkən rastlamışdım Mario Vargas Llosaya. Peru yazıçısı, üstəlik 2010-cu il Nobel mükafatçısı olduğunu biləndən sonra sifariş ediləcəklər siyahısında Llosanın “Gənc yazara məktublar” kitabı ilk sırada yer aldı.
Marioya çəkilmiş karikaturalardan biri - Super Mario Vargas Llosa :D

image

Kitaba keçmədən qeyd edim ki, Jorje Mario Pedro Vargas Llosa 1936-cı ildə  Peruda anadan olub, dramaturgiya və publisitika sahələrində ədəbi nümunələr yaradıb. Siyasi fəaliyyəti ilə də tanınan, Nobel və Buker mükafatları laureyatıdır. Mario Vargas haqqında ən maraqlısı odur ki, Marionun dissertasiyasının mövzusu Marquezin bəddi yaradıcılığı olub. Gabriel Garcia Marquezin əsərlərinə necə tənqidi yanaşıbsa, onlar arasında olan münasibətlər təbii olaraq, pozulub. 1976-cı ildə günlərin bir günü vəziyyət o yerə çatıb ki, Mario jurnalistlərin gözü önündə Gabrielə sillə vurub. 2007-ci ildən onlar arasındakı buzlar əriməyə başlayıb və Gabriel Garcia Marquez “Yüz illik tənhalıq” əsərinin akademik yorumlanması çap  olunarkən Mario Vargas Llosanın işlərindən istifadə edilməsinə icazə verib.

image

Flaubert, Tolstoy kimi yazarların Llosa yaradıcılığına təsiri böyük olub. Gənclikdə Kastro rejiminin dəstəkçisi olan Mario 1987-ci ildən siyasi fəaliyyətə başlayıb və 1990-cı ildə Peruda prezident seçkilərində iştirak edib.
Mario Fransada yaşadığı müddətdə Borxes ilə çox yaxın əlaqədə olub, İngiltərə və İspaniyada müəllimlik edib. Bir “kuzina”sı ilə vətəndaş nigahında yaşasa da, başqa “kuzina”sına evlənib və 3 övladı olub. Oğlu Alvaro Vargas Llosa publisist və siyasi aktiv şəxsiyyətdir.
İndi keçək kitaba :) Kitabın ilk səhifəsini oxuyanda əməlli-başlı fiasko yaşadım. Elə bilirdim nə isə romandır. Sən demə, elə adında olduğu kimi gənc bir yazara məktublardır. Məsləhət məktubları. İlk başlarda necə sıxılırdım təsəvvür belə edə bilməzsiz. Amma bitirmək məcburiyyətində idim. Hər şey heç də gözlədiyim kimi olmadı. Kitabın ortalarına yaxın məktublar maraqlı olmağa başladı, çünki ədəbi nəzəriyyə ilə yanaşı kitabda çox maraqlı əsərlərin təhlilləri öz əksini tapmağa başladı. Filologiya tələbələri üçün bu təhlilər həddindən artıq maraqlı olur. Çünki, elə əsərlər var ki, biz onları oxumasaq belə kitabın təhlilini bilirik.

image

Bu məktublardan çox sayda “mütləq oxunmalı” kitab əldə etdim. 5 sözdən ibarət qısa hekayə belə oxudum. Bildiyim əsərlərdə bilmədiyim faktlarla qarşılaşdım. Bir sözlə, maraqlı idi.

Kitabdan özümə cümlə seçə bilmədim, amma bir sətirlik hekayəni yazım :)
"When he woke up, the dinosaur was still there."  (Oyanmışdı və dinozavr hələ orda idi.) İlk baxışda çox balaca görünən Augustos Monterossonun bu hekayəsi bir neçə doktorluq dissertasiyasının mövzusu olub ;)
 Və amazing covers :)

image
image 

image 

image 

image 

image 

image 

image


No comments:

Post a Comment