Blogu yazmağa başlayanda sevinirdim ki, bəzi üzünə baxmağa vaxt
tapmadığım kitabları oxumaq məcburiyyətində olacam. Onlardan biri də bəzilərinin bir neçə dəfə oxuduğu mənim isə təsvirlərin çoxluğundan səbrimin çatmayıb
yarım qoyduğum “Əli və Nino” əsəri idi. Sevinirdim ki, axır ki,
Azərbaycan üçün onu oxuyacam. Amma oxuyammadım. Oxumadım. İnstagramda
Rövşənin kitabının şəklini görəndə həmin an dedim ki, mütləq bunu
oxumalıyam. “Əli və Nino”dan yaxşı olacağını düşündüyüm üçün deyil,
sadəcə oxumaq üçün öz səbəblərim var idi. Kitab satışda yoxdur, amma dostlarından əldə etmək mümkündür.
Rövşən Hüseyn haqqında onu qeyd edim ki, yaşıdımız olan bu gənc
bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Özü haqqında yazılanları
oxumasa idim, pessimist biri olduğunu düşənirdim. Fikrimin yanlış
olduğunu yoxlamaq üçün də dostundan əsərdə avtobioqrafik ünsürlərin
olub-olmadığını öyrəndim və yox idi.
"Звонки от Евы" bir gəncin dilindən yazılan
əsərdir. Əsərdə çəmi iki qəhrəman var; oğlan və hər gecə saat 02.15-də
ona zəng edən qız. Telefon danışıqları çox maraqlıdır. Bəzi şeylər
həddindən artıq düzdür. İnsan öz-özünə “həqiqətən də həyat belədir”
deyir. Əsərdə həyat iki gəncin gözündən onların söhbətlərində əks
olunub.
Kitaba Önsözü Qaraqan
yazıb. Sona çatanda gördüm onu da. Qaraqan yadımda ançaq HOST-un ilk
albomu və “A” romanı ilə qalmışdı. Bu kitab sayəsində onun da müəyyən
qədər inkişaf etdiyinə şahid oldum.
Kitabın sehifeleri arasında olan “Poçt qutusu” çox maraqlıdır. İçində
insan xətti ilə adi məktəb vərəqlərində yazılan yazılar daha
maraqlıdır. Amma illüstrasiyalardan xoşum gəlmədi. Rəssamın kitab
üçün çəkdikləri digər əsərlərindən çox kobuddur. Bəlkə də nəşriyyatda
belə alınıb. Kitab düz xətt üzrə davam edir, dinamik deyil, buna görə də
adi tək sadə xətlərlə çəkilən siluetlər görmək istərdim. Beynimdə
canlanan təsvir sadə xətlər idi.
Əsərdə çox maraqlı fikirlər var, tək birini seçmək çətin idi. Ona görə hamısını qeyd edirəm.





No comments:
Post a Comment