Bəli, əgər Pakistan ədəbiyyatından hər hansı bir əsəri oxuyuruqsa,
deməli həmin yazar Pakistan abu-havasından daha çox Avropa təsirinə
məruz qalmış biridir. Tək Pakistan deyil, bir çox ölkələrdə vəziyyət bu
cürdür.
Qaisra Shahrazın bu kitabının cover`ini twitterda görmüşdüm. Elə
kitablar var ki, onlara maraq salmaq üçün üz qapaqları bəs edir. “Uğurlu
cover siyasəti”. Kitabın üzərində 3 qadının gözləri və “Üç kadın, bir
erkek, bir gece” sözləri var idi. İntriqalar ilə dolu olan bir kitabın
ilk müjdəçiləri. Kitabı sifariş etdim və uzun zamandır kitab oxunmaq
üçün sırasını gözləyirdi. Keçən həftə kitab bitti. Bitti nə bitti :)
Kitabın məzmunu haqda onu deyim ki, hadisələr Pakistanın Chigapur
kəndində cərəyan edir. Kəndin qadın sakinlərindən biri - Gülşən öz həyat
yoldaşı - Harunu şəhərdən gələn və avtomobil idarə etməyi, başını
bağlamaması, saçlarını daim açıq qoyması, dırnaqlarına boya çəkməsi ilə
kəndin bütün qadınlarından fərqlənən Naghmana ilə gecənin bir ortasında
su quyusunun başında tutur.
Hər şey də elə bununla başlayır. Kəndin ağsaqqalı Siraj Jee Baba dan
kacheri (məhkəmə) qurur və 20 il davam edəcək bir haqsızlığın əsasını
qoyur.
20 il keçir. Siraj Jee ölüm ayağındadır və Naghmanadan bağışlanmasını
istəmək üçün onu kəndə gətizdirir. Lakin lənətli kənd sonda Naghmananın
intihar etməsinə səbəb olur.
Yəni ki, olan Naghmanaya olur.
Kitabda əsas üç qadın obrazı var. İkisi Naghmana və Gülşəndir.
Üçüncünün kim ola biləcəyini fikirləşirdim ki, birdən Kanizi xatırladım.
Kaniz bütün kitab boyu paralel olaraq hekayəsi danışılan digər bir kənd
qadını idi. 16 yaşında bacısının böyük qaynı tərəfindən təcavüzə
uğrayır, heç kimə demir, ərə gedir, toy gecəsindən sonra ərinə deyir və
ondan sonra əri onun üzünə baxmır, bir oğulları olur və evləndiyi ilk
gündən ərinin dostu - Yunus Reis onu sevir. Əri öləndən sonra ona
ürəyini açır amma Kaniz onu qətiyyətlə rədd edir. 20 il keçir Yunus
evlənir iki uşağı olur və arvadı vəfat edir. Kanizə yenə evlilik təklif
edir. Kanizin bacısı Sabra onu məcbur edir ki Yunusa cavab versin. Kaniz
ona hər şeyi danışır və Yunus onu olduğu kimi qəbul edib evlənirlər.
Kanizin bu vaxt 50 yaşı olur.
Kitab çox maraqlıdır, hər chapterdə action var, təsvirlər belə
hərəkət doludur, mən təsvir sevən deyiləm amma rahat oxuyurdum və
sürükləyici kitabdır, hər chapterdə yeni bir şey olur və buna görə də
kitabı buraxa bilmirsən. Bir də Pakistanın bir kəndində olan həyat,
qadınlara olan münasibət, qadin-kişi subardinasiyası çox maraqlı idi
mənə.
Yazıçı haqqında onu deyim ki, Facebook səhifəsi sadəcə 439 nəfər
tərəfindən like edilən Qaisra xanım Pakistanda anadan olsa da,
Manchesterdə həyat yoldaşı və üç övladı ilə yaşamaqdadır. “Typoon”dan
başqa daha iki romanı, tənqidi esseləri və qısa hekayələri var. Son
dövrlərdə də yeni Revolt kitabı işıq üzü görüb.
Bu kitabını anası ilə
atasına həsr edib.
Kitabdakı cümləmə gəldikdə isə, kitabda Qaisra xanıma məxsus
heç bir cümlə məni cəlb etmədi. 4 misralıq bir şer yadımda qaldı ki, o
da Cəlaləddin Rumiyə aid idi və kitabın son 4-cü bölümünün başlığı idi.
Sonsuzluğa uzanan bir fermandır kalbim, “Beni bırakma!” yazar baştan sona.


No comments:
Post a Comment