Pages

Friday, 17 October 2014

13. Meksika və Juan Carlos Rulfo`nun Pedro Paramo`su.

Bookclub`ın növbəti kitabını görəndə tez yazıçının bioqrafiyasına baxdım və bingo! Meksika! Həmin an oxumağa başladım, baxmayaraq ki, bir neçə yarım kitabım hələ gözləməkdədir, bu short noveli bitirdim tez. 

Həcminin azlığı məzmunun mürəkkəbliyi ilə tərs mütənasib olan bir əsər. Əsər ölüm ayağında olan anasına atasını axtarıb tapacağını söz verən bir oğulun Meksikanın ucqar kəndlərindən birinə səfərindən bəhs edir. Kənd nə kənd?! Ruhlar məskəni. Əsərin məzmunundan bir qram belə anlayışı olmayan insan, yəqin baş verənləri ilk dəqiqədən anlamayacaq. Onu deyim ki, əsər adi, vaxt keçirmək xətrinə kitab oxuyanların yemi deyil. Çünki bir-biri ilə əlaqəsi olmayan insanlar, ruhlar, quldurlar, “padre”lərin ortaq nöqtəsindən danışır və yəqinki, həmin insanlar kitabı bitirdikdən sonra özlərinə “и?” sualını verəcəklər. Oğul atanı tapırmı? Atası ona şad olurmu? Atası, ümumiyyətlə, kimdir? Bu sualların cavablarının hamısı kitabdadır. Kitabda məhəbbət də var, əlbəttə, amma inanılacaq deyil. Magic realism`i sevənlər bu əsəri mütləq sevəcəklər. 

Əsər 30-dan çox xarici dilə çevrilib və tək ABŞ-da 1 milliondan çox nüsxəsi satılıb baxmayaraq ki, 1955-ci ildə ilk dəfə çap edildikdən sonrakə 4 il ərzində cəmi 2 min nüsxədə satılmışdı.

Juan Rulfoya gəldikdə qeyd edim ki, magic realism janrında Latın Amerikasına ən güclü təsir edən yazıçılardan biridir. Gabriel Garcia Marquez bi kitabı ilk dəfə 1961-ci ildə oxuyub və onu həyatının dönüş nöqtəsi adlandırır, belə ki, məhz Pedro Paramo`dan sonra o “Yüz illik tənhalıq” əsərini yazır.


Juan Rulfonun elə də böyük bədii mirası yoxdur - Pedro Paramo və short story`lərdən ibarət bir kitabı. G.G.Marquezin də dediyi kimi, onun əsərlərinin hamısını bir yerə toplasaq, 300 səhifə etməz, amma onlar uzunömürlüdür.

Kitabdakı cümləm:

Hər nəfəs, ömürdən bir parça qoparır. - Əla cümlədir, elə deyilmi?!

İndi isə keçək şəkillərə.

1. Həmin kənd - Komala.
 
 

 2. Kəndə gələn oğul - Juan Preciado və yol yoldaşı.



 
 
 
 
 
4. Və maraqlı cover`lər.
 
 

 






 


No comments:

Post a Comment