Pages

Friday, 10 October 2014

8. İsveçrə və Peter Stamm`ın "Agnes" romanı.

Agnes. Qəmgin romandır. Kitabda olan Agnes haqqında hekayənin sonunu kitabın öz sonundan daha maraqla gözləyirdim. Agnes sevdiyi adamı ona başqası ilə xəyanət etdiyini biləndə yox, məhz bu sonluqdan sonra tərk etdi və bir daha geri qayıtmadı. Gərək, lap əvvəldən edərdi. 

Bu kitabdan sonra azərbaycan dilinə tərcümə olunmuş hər hansı əsəri oxumağı özümə qadağan etdim. Fikrim ancaq bir abzasda üç dəfə ard-arda “Mən” sözü ilə başlayan cümlələr tərəfindən yayınırdı. Dilimizdə qarşılığı olan sözlər varkən, türkcə və rusca (ilişgi, kukla və s.) sözlərdən istifadə niyə?! Başa düşürəm alman dilindən tərcümə asan deyil, ümumiyyətlə, bədii tərcümə asan deyil, amma onu redaktə edənlər bəs?!

Kitabda özümə cümlə tapmadım.

Yazarın fotosunu görəndən sonra məndə elə bir fikir formalaşmışdı ki, sanki romandakı adam onun öz prototipidir. Bilmirəm niyə.


Burda da kitabın maraqlı cover`ləri.





No comments:

Post a Comment