Pages

Friday, 24 October 2014

20. Fransadan Andre Morua`nın "Yad qadına məktublar`ı.

Uzun aradan sonra oxumağa davam. Növbəti ölkə çoxlarımızın ”fav country”si olan Fransa və nümayəndəsi Émile-Salomon-Wilhelm Herzog, qısaca Andre Morua və məktubları.
image
Foto: KKO

Məktublar, hələ də, yad, tanınmayan bir qadına yazılan məktublar Stendalın “Qırmızı və Qara”sını yarımçıq qoymağa gətiriləcək ən ciddi bəhanələrimdən biridir. Ən azından ona görə ki, bir kişinin tanımadığı, beynində canlandırdığı bir qadına yazdığı məktubların çox maraqlı olacağına adım kimi əmindim. Və yanılmadım.
Məktublar kişi və qadın münasibətlərindən bəhs edir. Qadınların qısqanclıqlarından, qarşısındakı kişilərə insan kimi davranmalarından, onları tələyə salmalarından, ağıllı olmalarından və ya özlərini ağıllı göstərmələrindən, evlilikdən, özünə inamdan, incəlikdən, kişilərdə necə maraq oyandırmalarından and so on.
Bəzi sətirləri oxuyanda kitabın bir kişi tərəfindən deyil, qadın tərəfindən yazıldığını düşünürdüm. Kişilərin bəzi ünsürləri bu qədər bilmələri qeyri-adi idi. Necə ola bilər axı?! Nəysə, oxuyun, çox maraqlıdır.
Andre Morua Fransada anadan olub Fransa Akademiyasının üzvüdür, ailəsinin kökləri yəhudilərə dayanan fransızlardır. İkinci dünya müharibəsində kapitab rütbəsində cəbhədə olmuş, lakin sonradan Amerikaya köçərək Kanzas Universitetində müəllimlik etmişdir. Bu dövrdə Eyzenhauerin, Şopenin, Franklin, Vaşinqton və başqalarının bioqrafiyasını yazmış, təkrar Fransaya qayıdaraq, həyatının sonuna qədər orada yaşamışdır.
1947-ci ildən rəsmi olaraq Maurois təxəllüsünü daşıyır.

Cümləm: 

image

p.s. Həmişə belədir. 

Kitabın cover`ləri :

image 

image 

image


No comments:

Post a Comment