Pages

Friday, 24 October 2014

18. İtaliya və Simona Sparaco`nun "Loveless"i.

Çoxlarının dream country`si olan İtaliya və Simona xanım Sparaco.
İlk öncə Simona barədə qeyd edim ki,  İtaliyada anadan olub, İngiltərədə təhsil alib, sonradan İtaliyada fəlsəfə üzrə təhsilini davam etdirməyə başlasa da, təhsilini yarımçıq qoyub, Turinə köçüb. İlk bədii əsər nümunəsini 12 yaşında qələmə alıb. İlk romanı Lovebook 2009-cu ildə çap olunub. Krot şpion reality show`sunun ərsəyə gəlməsində böyük əməyi olub və hal-hazırda İtaliyanın ən böyek telekanallarından birində ssenarist kimi fəaliyyət göstərir

image
image

İndi isə roman haqqında. “Loveless” romanı  Zvevo Romano adlı uğurlu bir iş adamının həyat tərzini təsvir edir. Bir gün vəziyyət elə bir yerə gəlib çıxır ki, Zvevonun həyatı alt-üst olur. Əsas səbəb isə onun zaman anlayışının pozulması olur. Hər yerə gecikir, heç bir işinin öhtəsindən gələ bilmir. Anladığınız kimi, time management sıfıra enir və onu işindən uzaqlaşdırırlar.
Zvevo, əlbəttə ki, sağalır. Heç də isti münasibətləri olmayan atasını itirmək, bütün həyat tərzini dəyişmək və yeni bir qadınla tanış olmaq bahasına. 
Zvevo tanış olduğu bu qadının sevgisini qazana bilsə, öz zamanını yenidən idarə edə biləcək, amma qadın onu qəbul etsə. Hər şeyi çox asanlıqla əldə edən uğurlu bir iş adamı, bu qadını necə əldə edəcək?! :P
Əsərdə çox xoşuma gələn yerlərdən biri, Zvevonun Zamanla söhbəti idi. Roman, ümumiyyətlə, heç bir magic ünsür daşımır, zamanla söhbəti isə, hər birimiz bəzən danışmağı bilməyən çox şeylə danışırıq - güllərlə, heyvanlarla, çox sevdiyimiz oyuncaqlarımızla və s.

Əsərin original cover`i çox sadə və əladır.

image

Kitabdakı cümlələrim:

image
image

Həə, bir də, belə cover`i olan kitabları oxuyanda hara gəldi atmayın onları, ortalıqda buraxmayın, sonra atanız evin ortasında belə kitab görəndə nə fikirləşəcəyini bilmir :)

image




No comments:

Post a Comment