Pages

Friday, 10 October 2014

3. Braziliya və Paulo Coelho "Piedra Irmağının kıyısında oturdum ağladım".

Hamımızın çox yaxşı tanıdığımız Paulo Coelho. Rio de Janeyroda anadan olub dünyaca məşhur romanların yazarını “Bir ilə dünyanı oxumaq” blogumda oxumağımın tək səbəbi kitab şəklində əlimdə kitablarının olması idi. Əslində fərqli bir yazar oxuyacaqdım, amma elektron kitab oxumağın necə əzablı bir şey olduğunu təsəvvür etdim və əlimdə olan kitabı oxumağa qərar verdim.

Kitab uşaqlıqdan eyni kənddə bərabər böyümüş və sonradan oğlanın kəndi tərk edib dünyanı kəşf etməsi ilə başlayan bir roman. Qız İspaniyada yaşayır və pzünə düzən qurub, amma günlərin bir günü oğlandan məktub alır və onun nitqini dinləmək üçün bir tədbirə dəvət olunur. Oğlan az yaşı olmasına baxmayaraq hərəkətli həyat keçirir və sonda din yolunda irəliləyərək Məryəm ananın yolundan gedir və Allahın Qadın üzünə inanır, Məryəm anadan sehirli güc istəyir və buna nail olur. Əllərində xüsusi şəfa olan bu gənc bütün xəstələri sağaldır, ona ehtiyacı olan hamıya kömək edir. 

Və artıq bu yolla davam etmək yerinə ilahi gücündən imtina edərək sevdiyi qızla bərabər olmaq istəyir. Oğlanın yeni həyatını tanıdığı müddət ərzində qız da içində ilahi inamı oyadır və Allahın Qadın simasını qəbul edir, ancaq oğlanın sırf onunla bərabər olmaq üçün ilahi güclərindən imtina etdiyini öyrənəndə oğlanı tərk edir və intihar edir. Lakin xilas edən tapılır və oölana qızın yerini deyir. Sonda oğlanla qız əl-ələ verib gedirlər mikrorayon tikməyə.

Əslində “The Alchemist”-dən sonra Pauolonun heç bir kitabını ciddi qəbul edə bilmirəm. Bu kitabı da “bəlkə fərqlidir” deyə almışdım, oxudum. Pis deyildi, amma əla da deyildi. Başqa insana olan sevgini ilahi sevgidən üstün olduğunu - oğlanın simasında, insani sevgisi sayəsində ilahi sevgiyə qovuşmanı isə qızın simasında ifadə edir.

Ümumiyyətlə, Coelhonun kitablarında “Evrenə mesaj” ideyası var. Bu kitabda da eynidir. Sən nə istəsən dünya sənə onu verəcək. Sadəcə həqiqətən istə və yolundan dönmə. p.s. Mən də bir dənə Brunett istiyirəm adı Evrən olsun, ümid edirəm, message delivered :P


Kitabdakı cümləm:
"Sen aşkın peşine düştüysen, o kendisi mutlaka seni karşılamaya çıkar."






No comments:

Post a Comment