Pages

Friday, 10 October 2014

7. Rusiya və M. Lermontovun "Əsrimizin Qəhrəmanı" romanı.

Rəfiqələrimdən biri Pechorinə elə söymüşdü ki, şokda idim. 1. Həmin qız söyən qız deyil, 2. bu Pechorin nə edib ki, bu qız buna belə söydü. Rusiya üçün, əslində, Anna Kareninanı oxuyurudum. Amma Pechorinin ünvanına deyilən sözlər maraq oyatdı. Oxudum vəəəəəəə qızların qənimi Pechorin :D Roman haqda onu deyim ki, Pechorin hərbçidi, işi ilə bağlı yaşadığı yerləri tez-tez gəzir və öz əyləncəsi və öz marağına düşgün insandı. Sırf birindən acıq çıxmaq, başqasına özünü göstərmək üçün ortamın “ən” qızlarını özünə qurban seçir. Amma məncə, Veranı sevir, düzdür, özü bunu qəbul etmir, ancaq faytonun arxasınxca boşuna qaçmazdı.
Pechorinə nifrət etmədim. Niyə? Çünki, nifrət etmək hissini özümdə inkişaf etdirə bilməmişəm hələ, yoxsa mütləq edərdim. Yəqin ki, edərdim. Bilmirəm. Çox çətin təəccüblənən insanam. Yəni Pechorindi də, hər şey gözləmək olar deyib sonda qəhrəmanlıq etməyinə də təəccüblənmədim. İnsandı da. Kim nümunəvi həyat yaşayır ki?! 

Başqa, deməyə heç nə tapmıram.

Haa, kitabdakı cümləmi yazmaq üçün kitabı vərəqlədim, amma heç yerə stick note yapışdırmamışam. Cümləm olmasa da, oxumağa dəyər. Ən azından padruqanız Pechorinə niyə söydü onu bilmiş olarsınız :)

Romandan bəzi səhnələrin portretləri çox maraqlıdır.

1.Kazbiçin Belanı yaraladığı səhnə.



2. Peçorinlə Qruşniçkinin duel səhnəsi.



3. Meri və Qruşniçki.



4. Kazbiç və Belanın qardaşı Azamat.


                                                                        5. Bela. 





6. Maksim Maksimıçın Pechorinin arxasınca baxdığı səhnə.




7. Peçorin divanda.





No comments:

Post a Comment