Əgər romanı bəyənirəmsə, nə qədər də qəmgin, kədərli olmasına
baxmayara yüksək əhval-ruhiyyədə yazıram onun haqqında. Dünən Finlandiya
yazıçısı Joel Haahtelanın romanını da bu əhval-ruhiyyə ilə yazacağımı
fikirləşirdim, amma bu səhər Ayan Mirqasımovanən səsləndirdiyi və Leyla
Aliyevaya aid olan o şerin sözləri ilə rastlaşdım. Çoxdan tanış idim bu şerlə, ancaq dinləmişdim, oxumamışdım, bu gün oxudum və qəribə oldum. Nə isə, keçim kitaba.
Blog çərçivəsində adını ilk dəfə eşitdiyim bir yazardır Joel.
İnternetdə, demək olar ki, onun haqqında ingilis və ya rus dillərində
geniş məlumat yoxdur. Nə varsa, finn dilindədir. Finn dilində olanları
da rusa, ingilisə çevirəndə də geniş məlumat almaq olmur, hamısı
kiçik-kiçik məqalələr. Joel 1972-ci il təvəllüdlü “брюнет”dir. İlk
hekayəsini təhsil aldığı ildə yazıb. “Körpü” adlanan bu hekayədə oğlan
lörpüdə dayanıb öz qisməti olan qızı gözləyir amma qız gəlmir. BUnu
oxuyan kimi “Waiting for Godot” yadıma düşdü.
Joel Allaha, xoşbəxtliyə, kədərə, yuxulara inanan bir insandır. Özü
də qeyd edir ki, hansısa kinoda gördüyü Veronika axtarmaq üçün bütün
Avropanı səyahətə çıxıb. Veronikanı tanımırmış, amma axtarmağa başlayıb.
Və tapmayıb. Gözlənilən nəticə, axı həyat kitablardakı kimi deyil.
İki roman yazdıqdan sonra tez-tez özünə “Bir daha yaza bilərəmmi?!” sualı verir. İndiyə qədər 9 romanı nəşr olunub.
Oxuduğumm roman - “Der Schmetterlingssamler” (The Butterfly
Collector) tanımadığı bir insandan gözlənilmədən miras alan bir kişinin
sonrakı həyatından bəhs edir. Əslində yazar öz əsərlərinə mistik bir ruh
qatmağa çalışıb və əslində, heç bir mistika olmasa da, roman insana
qeyri-real gəlir. Miras aldığı ev, miras edən şəxsi tanımaması, evdəki
kəpənək kolleksiyası, miras edən şəxsi axtarmaq üçün Avropanı gəzməsi və
onunla hardan tanış olmasını öyrənməsi çox maraqlı idi. Roman 4 günə
bitdi. 3 günə də bitə bilərdi, nəfəs almadan oxusaydım 2 günə də.
Kitabda hər şey həzin, melanxolikdir. Ev vəsiyyət edən şəxsin
hardan-hara onu tapması, onların necə tanış olmaları, əslində heç tanış
da deyildilər, özümü güclə saxlayıram ki, onların neçə qarşılaşdıqlarını
bura yazmıyım, sonra marağı olmayacaq :) Adamın həyatını oxuduqca
təkliyini, evliliyinin böyük məhəbbətlə başlasa da, sonrada tamamilə boş
keçməsini və lap sonda yenidən əvvəlki vəziyyətə qayıtmağı necə çox
istəməsini, baxmayaraq ki, Avropanı gəzəndə həyat yoldaşına xəyanət
etmişdi, oxuduqca insan qəribə olur. Nəisə, maraqlı romandır, oxuyun :)



No comments:
Post a Comment