Həm ədəbiyyatda, həm də ictimayi-siyasi görüşlərində mürtəce nəzər
nöqtəsinə malik, Nasist yazar, İtaliya və Almaniya faşizmini təqdir
edən, Hitlerə daim dəstək olan Knut Pedersen Hamsun ilə təsadüfən Ali və Ninoda
tanış olmuşdum.Hitler tərəfdarı olsa da, Norveçin almanlar tərəfindən
işğal deyil, xilas olunmasını bildirsə də, yəhudilərə kömək edərək
onlari xilas etməkdən çəkinmir, onдar üçün konsentrasiya düşərgələrinin
yaradılmasına etiraz edirdi. Qeyd edim ki, Hamsun Norveçdə faşizm
hökümətini dəstəkləyən yeganə tanınmış ziyalı idi.
1920-ci ildə monumental əsəri “Growth of the Soil”-a görə Nobel mükafatı almış,
amma mükafatı alarkən çıxış etməkdən imtina etmiş, qonorarı ilə də
Norveçin cənubunda həm yaradıcılıqla, həm də təsərrüfatla məşğul olacağı
bir malikanə almışdır.

Blog üçün oxuyacağıma görə həcmcə ən az romanını aldım və vaxt itirmədən oxuyub bitirdim. “Aclıq” tanınmağa can atan, məqalələr yazaraq qəzetlərdə nəşr etdirməyə çalışaraq müqabilində çox az miqdarda məvacib alan, aclığın ən pis vəziyyətini yaşayan, çörək almaq üçün düymələrini, jiletini satan, mədəsi aclığa öyrəşdiyindən nə isə yeyəndə bütün yediklərini qaytaran bir insan haqqındadır. Onun öz-özünə danışıqlarını oxuyarkən məndə elə təəssürat yaranırdı ki, indi yazar elə fənd edəcək ki, əslində romanın ac birindən deyil də, ağlını itirmiş psixi xəstədən bəhs etdiyini görəcəm. Amma belə olmadı. Kitab, ac vaxtlarında hər vəchlə pul tapmağa çalışan, əlinə pul düşəndə isə pula ehtiyacı olan başqa birinə düşünmədən verən biri haqqındadır. Bütün kitab boyu insan özünə ancaq bir sual verir - “Onun yerinə olsaydım, nə edərdim?” Yazarın üslubu o qədər səmimidir ki, ilk cümlədən son sözə qədər bütün çətinlikləri qəhrəmanın ilə birliktə yaşayırsan. Sadə kitab olsa da, inanıram ki, hər bir insanın özü üçün mütləq bir nəticə çıxaracağı əsərdir.

Faşizmə rəğbət bəsləyən birinin belə roman yazmağına çox təəccüb etdim. Yaşasaydı, bir neçə sual verərdim.
1898-ci ildə Norveç Yazıçılar İttifaqından aldığı qonorarlar
Rusiyaya, Azərbaycana və Osmanlı İmperiyasına səyahət etmiş, sonradan
“Nağıllar ölkəsində” və “Aypara ölkəsində” oçerklərini nəşr etdirmişdir.
Knut Hamsun Bakını ağ və boz şəhər adlandırıb.
Şəxsi həyatı da maraqlıdır Hamsunun, iki dəfə evli olmuş, ikinci
həyat yoldaşı aktrisa Mari Andersen karyerasını ataraq son günlərinə
qədər özünü Hamsuna həsr etmişdir.
Kitabın soundtracki - Sia - Chandelier.
Maraqlı Cover`lər:














No comments:
Post a Comment