Növbəti kitabın, daha doğrusu kitablarım Avstriya yazıçısı Stefan
Zweig`ın “Şahmat” əsəridir. Əsərə keçməmişdən əvvəl yazarın çoooooox
maraqlı həyatı haqqında bir-iki kəlimə demək istərdim. Stefan Zweig
1881-ci ildə Vyanada kifayət qədər imkanlı ailədə, evin son - ikinci
uşağı olaraq dünyaya gəlib.

Böyük qardaşı atasının işini davam etdirdiyi üçün, Stefana oxumaq,
universiteteə daxil olmaq, doktorluq dərəcəsi almaq və s. kimi
öhdəliklər düşür. Əslində öhdəlik deyil də, prestij desək daha düzgün
olar. Vyana universitetini bitirdikdən sonra ABŞ, Panama, Hindistan,
İtaliya, İspaniya, Fransa kimi ölkələri səyahət edir və Birinci Dünya
Müharibəsinin son illərində İsveçrədə yaşayır. Müharibədən sonra
Salzburga məskunlaşır. Hitler Almaniyada hakimiyyət başına keçdikdən
sonra Stefan ölkəni tərk edib öncə Londona, sonra New Yorka, sonra da
Braziliyaya köçür. Və Rio de Janeiro`nun yaxınlığında yerləşən
Petropolis qəsəbəsində ikinci həyat yoldaşə Charlotte Altmann ilə
intihar edərək dünyadan köçürlər.

Charlotte onun katibəsi olub və ilk həyat yoldaşı - Friderike Maria
von Winternitz ilə 1938-ci ildə boşandıqdan sonra, 1939-cu ildə Lotte
ilə evlənir.
Stefanla Lottenin intiharı barədə bir sıra fikirlər söylənir:
1. Depressiya
2. “Hayalkırıklıkları”
3. Almaniyadakı vəziyyət.
4. 60 yaş qorxsu.
Stefanın vida məktubunda “60 yaşdan sonra hər şeyi yenidən başlamaq
xüsusi güc tələb edir. Vətənimdən kənarda keçiridyim bu illər mənim
bütün gücümü alıb. Həmçinin, düşünürəm ki, varlığıma elə indi alnı açıq,
başı yuxarı şəkildə son qoysam yaxşıdır. Əvvəllər həyatımın xoşbəxtliyi
intellektual yaradıcılığım, qiyməti isə şəxsi azadlığım idi.
Dostlarımın hamısını salamlayıram. Qoy, onlar səbr edib gecənin
zülmətindən sonrakı işlğı görsünlər, amma mənim səbrim yoxdur və
onlardan əvvəl gedirəm.” - misraları öz əksini tapır.
1942-ci ilin 23 Fevral tarixində bütün qəzetlərin ən sensasiyalı
xəbəri Stefan Zweig`ın ölümü olsa da, müharibə dövründə daha vacib
xəbərlər olduğundan heç də uzunömürlü olmur.
Stefan Zweig`ın Petropolisdə olan evi Casa Stefan Zweig adı ilə muzeyə çevrilib.

Stefan Zweig`ın yaradıcılığı kifayət qədər marağa səbəb olsa da,
kitabları 30-dan artıq xarici dilə tərcümə edilsə də, müəyyən müddətdən
sonra Almaniyada onun kitablarının nəşrinə qadağa qoyulur. Amma buna
baxmayaraq, ABŞ, Braziliya kimi ölkələrdə nəşriyyatlar onun əsərlərini
çap etməyə davam edirlər.
Eyni gündə Stefanın iki novellasını oxudum “Şahmat” və “Naməlum
qadının məktubu”. Blog üçün isə bir nəfəsdə bitirdiyim “The Royal Game”i
yazmaq qərarına gəldim. “Schachnovelle” Yazarın ölmədən öncə nəşriyyata
göndərdiyi ən son iki əsərindən biridir. 1938-1941-ci illər arasında
Braziliyada yazılıb və 1942-ci ildə Buenos-Ayresdə cəmi 300 nüsxə ilə
nəşr edilib. 1943-cü ildə Avropada nəşr edilən kitab, 1944-cü ildə
ABŞ-da ingilis dilində, yalnız 1974-cü ildə isə Almaniyada nəşr olunub.
Ümumilikdə 1.2 milyona yaxın nüsxəsi satılıb.

Əsər New York`dan Buenos Ayres`ə gedən gəmidə cərəyan edən bir
hadisəni əks etdirir. Gəmidə məşhur şahmat üzrə dünya çempionu Mirko
Czentovic (şahmat oynamaqdan başqa heç bir istedadı, bacarığı olmayan
kəndli) və alman işgəncələrindən təsadüf nəticəsində can qurtararaq
xilaskarı olan bu gəmi ilə ilə Argentinaya gedən Dr. B. (ailəvi hüquq
məsləhətxanası olan və müharibə dövründə bir çox sirlərin
gizlədilməsində birbaşa rolu olan orta təbəqə insanı) var. Dr. B ilə
Czentovic`ın ortaq cəhəti şahmatdır. Czentovic`in istedadı var, Dr. B
isə həbsdə olarkən polislərdən oğurladığı şahmat kitabçasından şahmatı
öyrənib. Həbsdə olarkən Dr. B özünü “heçlik” ilə müqayisə edir.
Oğurladığı o kitabça isə onun xilaskarı olur. Dr. B şahmatı dəli olma
dərəcəsində öyrənir. Özü-özünə qarşı dəfələrlə şahmat oynayır və sonda
bu onun sinir sisteminin çökməsinə səbəb olur.
Gəmidə olanlar Czentovic kimi bir məşhurun olduğunu fürdət bilib onun
diqqətini cəlb edərək şahmat partiyasına dəvət edirlər. Czentovic eyni
anda 24 nəfərə qarşı oynayır. Dr. B adlı yad biri Mirko Czentovicin
gələcək gedişlərini belə hesablayaraq oyunun bərabərə qalmasına səbəb
olur. Bu bərabərliyi qüruruna yedirməyən Mirko ertəsi gün üçün daha bir
oyun görüşü təyin edir. Bu dəfə Dr. B ona qarşı tək oynayır. İlk oyunda
mat olmamaq üçün Czentovic fiqurlarını dağıdır. Və yenidən bir oyun daha
istəyir. Bu oyunu qəbul edən Dr. B yenidən xəstəliyinə geri dönmə
təhlükəsi yaşayır. Hekayəni nəql edən obraz ona xəbərdarlıq etsə də, heç
bir təsiri olmur. Oyunun sonlarına yaxın Dr. B Mirkonun gözlənilməz
gedişinə qeyri-adekvat reaksiya verir. Bu onun həbsdə olarkən içində
olduğu vəziyyətin eynisi idi. Oyunu yarımçıq qoyan Dr. B haqda dediyi
son sözlər isə sadəcə “Heyf, gedişlərini heç də pis planlamırdı,
həvəskar şahmatçı üçün həddindən artıq istedadlı idi”.
Novella çox axıcıdır, çox maraqlıdır. İşdə heç vaxt kitab oxumayan mən butun novellanı işdə bitirdim. Əminəm sevəcəksiz.
Kitabın maraqlı və çoxlu cover`ləri
.




No comments:
Post a Comment