Ölkələri kitablar vasitəsilə gəzməyə davam edirik :) Sıradakı ölkəmiz Cənubi Koreya və nümayəndəsi Kyung-sook Shin`dir. Kyung-sook bu əsərə görə Asiya ölkələrində ingilis dilində yazan və ya ingilis dilinə tərcümə edilən əsərlərə görə verilən Man Asian Literary Prize-in ilk qadın və ilk Koreyalı mükafatçısıdır. Əsər 19 ölkədə çap olunub. Kyung-sook bu əsəri ilə öz adını Cənubi Koreyanın ən məşhur yazarları sırasına yazıb. Qeyri-adi həyat hekayəsi yoxdur. Bu əsər sayəsində məşhurlaşıb. Əsər 2009-cu ilin Aprelində çap edildikdən sonrakı 10 ay ərzində 1 milyon, 2012-ci ilin Aprelindən isə 2 milyon nüsxədə satılıb. İngilis dilinə tərcüməsi də həddindən çox rəğbətlə qarşılanıb, o, məşhur aparıcı Oprah və Amazon.com-un 2011-ci il Aprel ayında ən yaxşılar sırasındadır.
Dünyanı Oxuyaq
Sunday, 21 June 2015
Friday, 15 May 2015
30. Kolumbiya və Gabriel Garcia Marquez`in "Love in the time of Cholera" romanı.
Latın Amerikası ölmədən öncə getmək istədiyim "ən"lər arasında ilk üçlükdədir. 1 ay olar ki, oxuyub bitirdiyim Marquez`i yazmağa vaxt tapmağımın əsas səbəbi Kolumbiyadan sonra oxuduğum Yaponiyanı tez yazmaq istəyimdir. Shakira Shakiraaaanin vətəni olan Kolumbiya həm də Gabonu yetişdirib.
Saturday, 21 March 2015
29. Portuqaliya və Jose de Sousa Saramagonun "The Double" (Əkiz) romanı.
Uzun aradan sonra qaldığımız yerdən dünyanı gəzməyə davam edək. Növbəti ölkəm fave listimdə ilk 5-likdə olan Portuqaliyadır. Günəş, dəniz və qum. Nə isə qayıdaq kitabımıza. 1998-ci ildə "təsəvvür, əzab və ironiya vasitəsilə bizə axıb gedən gerçəkliyi dayandırdığına "görə Nobel prize alan Jose de Sousa Saramago.
Friday, 24 October 2014
28. Argentina və Julio Cortázar`ın "Xana-xana oyunu".
Çooooooooooox uzun aradan sonra oxumağa davam. Növbəti ölkə Argentina və onun timsalında Jules Florencio Cortázar. Argentinada anadan olub Parisdə yaşayıb-yaradan Cortazar magik-realizm, simvolizm ünsürləri ilə zəngin bədii əsərlər müəllifi olsa da, eksperiment səciyyəli yazdığı iki roman sayəsində postmodernizmin görkəmli nümayəndələrindən biri hesab olunur. Brüsseldə argentinalı tacir ailəsində anadan olub, uşaqlığı Buenos-Ayresdə keçib və sonradan The Paris Review-nun dediyinə əsasən solçu siyasi görüşlərinə görə Parisə sürgün edilib, uzun müddət ərzində UNESCO-da tərcüməçi kimi işləyib.
İlk hekayəsi Borxesin nəşr etdirdiyi jurnalda çap olunur, elə burdan da asanlıqla deyə bilərik ki, Cortazar yaradıcılığında Borxesin təsiri danılmazdır, Julio özü də ondan təsirləndiyini heç gizlətməyib.
27. Norveç və Knut Hamsun`un "Aclıq"ı.
Həm ədəbiyyatda, həm də ictimayi-siyasi görüşlərində mürtəce nəzər
nöqtəsinə malik, Nasist yazar, İtaliya və Almaniya faşizmini təqdir
edən, Hitlerə daim dəstək olan Knut Pedersen Hamsun ilə təsadüfən Ali və Ninoda
tanış olmuşdum.Hitler tərəfdarı olsa da, Norveçin almanlar tərəfindən
işğal deyil, xilas olunmasını bildirsə də, yəhudilərə kömək edərək
onlari xilas etməkdən çəkinmir, onдar üçün konsentrasiya düşərgələrinin
yaradılmasına etiraz edirdi. Qeyd edim ki, Hamsun Norveçdə faşizm
hökümətini dəstəkləyən yeganə tanınmış ziyalı idi.

26. Rumınya və Herta Müller`in "Reisende auf einem Bein" (Tək ayaqlı yolçu).
Herta Müller 1953-cü ildə Rumınyada anadan olub, həm rumın, həm da
alman vətəndaşlığına sahibdir və ədəbi yaradıcılıq dili alman dilidir. 2009-cu ildə təbiəti təsvir edən nəsr əsərlərində olan nəzm ünsürlərinə görə Nobel Mükafatına
layiq görülüb. Universitetdə alman və rumın ədəbiyyatı fakültəsində
təhsil alan Herta 1987-ci ildə yazar olan həyat yoldaşı Richar Vagner
ilə birlikdə Almaniyaya köçüb və hal-hazırda da orada yaşamaqdadır.

25. Sloveniya və Slavoj Žižek`in "Tarkovski"si.
Slavoj Žižek - sırf blog üçün oxuduğum yazarlardan biri. Haqqında heç bir məlumatım yox idi. “Tarkovski”ni oxuduqdan sonra anladım ki, bu adam ədəbi insandan daha çox freydomarksist, psixoanalitik, ideoloq, ontoloq, kulturoloq və s.-dir. Slavoj Žižek 1949-cu ildə paytaxt Lyublyanada anadan olub və hal-hazırda bu şəhərdə yaşayayıb-yaratmaqdadır. Lyublyana - teoritik psixoanaliz məktəbinin direktoru, Sosil Tədqiqatlar İnstitutunun Prezidenti, bir sıra rejissorların filmlərinin şərhçisidir, əsasən də Hitchcock`un. Tərcüməçisi və şərhçisi olduğuna görə daha çox Jak Lacan`cı (Lacaner) olaraq tanınır. ”Žižek!”, “The Pervert’s Guide to Cinema” və “Marx Reloaded” filmlərində çəkilib.

Subscribe to:
Posts (Atom)




