Pages

Friday, 10 October 2014

9. Yaponiya və Haruki Murakaminin "Norwegian Wood"u.

“South of the Border, West of the Sun" kitabından sonra sıradakı kitab Norwegian Wood idi.
10 günə bitdi, daha tez bitərdi, amma həyat tək kitabdan ibarət deyil ki. Nəysə, kitabda “всего” 11-12 personaj var. Əsas hadisələr isə üç nəfərin ətrafında cərəyan edir. Iki qız ve bir oğlan. Kitabda yazılanlar Watanabe Toru adlı birinin universitet illərində yasadıqlarını xatırlamasından ibarətdir. Iki qadın qəhrəman var: Midori ( zəhləmgetmiş :D) ve Naoko (yazıq). Naoko seksual-psixoloji çətinlikləri olan, sağalmaq üçün xüsusi sanatoriyaya gedən, amma nə vaxt sağalacağını bilmir. Watanabe nə qədər lazım olarsa, onu gözləmək iqtiradında olduğunu düşünür. Midori isə xəstə ataya sahib, anasını itirmiş, sevgilisi olduğu halda Watanabe`yə də xüsusi hisslər bəsləyən və onu daim gözləyəcini deyir. Bütün kitab Watanabe ilə Naokonun sevgisindən bəhs etsə də, görün fələk nə saydı. Sonda Naoko intihar etdi, Midori “kaptı çocuğu”.



Harukinin kitablarında bir xüsusiyyət var, yəni oxuduğum ikinci kitabıdır və ikisində də bununla qarşılaşmışam. Gözlənilməyən sonluq. Yarımçıqlıq amma “satisfaction” hissi. Özümü yarımçıq hiss etsəm də, kitabda yarım qalan heç nə yox idi. Kitabın dili çox qəşəngdir. Hərdən özümü Watanabe`nin yerində hiss edirdim.
Kitabın adı haqqında onu deyim ki, o, The Beatles’in “Norwegian Wood” mahnısından götürülüb və Norveç meşəsi ilə heç bir əlaqəsi yoxdur. Simvolikdir. Mahnının yaranma tarixçəsinəe gəldikdə, bilin və agah olun ki, John Lennon 1965-ci ilin Yanvar ayında İsveçrədə Alp dağlarında həyat yoldaşı Sintiya ilə istirahətdə olarkən yazıb. Sonradan John özü də qeyd edir ki, istirahətdə olarkən onun başqa bir qadınla əlaqəsi olub və Sintiya bundan xəbər tutmasın deyə paranoyaklıq dərəcəsində həssas olub. Dayana bilməyib və sirrini daha gizli formada mahnıya çevirmək qərarına gəlib. Mahnının sözlərini bitirməkdə isə ona Paul McCartney kömək edir.

Ümumiyyətlə, Haruki Murakaminin bu romanında da həddindən çox mahnı adı var. Bu da kitaba onun həyat tərzinin təsirindən irəli gəlir. Kitabın sonunda özünün də yazdığı kimi, onun romanları qismən avtobioqrafik səciyyə daşıyır. Belə ki, Watanabe kimi o da gənc yaşlarında musiqi mağazasında işləyib və hazırda onun 40.000-dən ibarət albom kolleksiyası var.

Sonra “South of the Border, West of the Sun" kitabının qəhramanı Hajime kimi, o da təhsilini bitirdikdən sonra özünə jazz kafe açır.

Digər yazıçılardan fərqli olaraq Murakami, tənhalığı sevən biridir. Bir neçə yazıçı istisna olmaqla, başqa heç bir yazıçı ile münasibəti yoxdur. İlk oxucusu həyat yoldaşıdır.

Murakami çox sağlam həyat tərzi keçirir. İçki içmir, siqaret çəkmir və hər il marafon yürüşlərinə qoşulur. Marafon yürüşlərinə də 33 yaşından sonra başlayıb. Bu haqda onun 2008-ci ildə yazdığı “What I Talk About When I Talk About Running” memuarında oxuya bilərsiz.


Harukinin kitabları çox tənqidlərə məruz qalir. İlk vaxtlarda onun ən qatı tənqidçilərindən biri olan Kenzaburo Oe sonradan “The Wind-Up Bird Chronicle” novelinə görə “Yomiuri Prize” mükafatını Harukiyə şəxsən özü təqdim edir. Kenzaburo ozu 1994-cü ilin Ədəbiyyat üzrə Nobel Mükafatçısıdır.

Harukinin ən sevdiyi yazıçıları arasında Lev Tolstoy və Fyodor Dostoyevski ilkin sıradadırlar. İngiliscə oxuduğu ilk kitab isə 1955-ci ildə Ross Macdonald`ın yazdığı “The name is Archer” kitabıdır. Ümumilikdə isə, “crime novel”lərin pərəstişkarıdır.

Musiqiçi olmaq istəsə də, alətlərdə yaxşı ifa edə bilmədiyini görüb, diqqətini, vaxtını və gücünü yazmağa verən yazıçı, öz jazz kafesini də satır. 

Kitabın kinosu da çəkilib. Rejissoru Oscar nominasiyalı Anh Hung Tran`dır.Film 2010-cu ilin Sentyabrında Venesiyada, Dekabrında isə Yaponiyada, dünayada isə 2012-ci ildə təqdim olunub. Baxmaq lazımdır. Görək necədir :)



Kitabdakı cümləm isə Watanabenin Midorigilin evinin damından qonşuluqda yanan evə baxarkən öpüşməklərini sonradan xatırlarkən dediyi cümlədir:

… sonra biz onunla öpüşdük, heç nədən. Axmaq səslənir, amma belə oldu.

p.s. mənasız gələ bilər bu cümlə amma çox şey ifadə edir.

Bu da kitabın başqa cover`ləri :)




No comments:

Post a Comment