1922-ci ildə kasıb kəndli ailəsində anadan olub, orta təhsilini tam bitirə belə bilməyib, bir müddət sonra paytaxt Lissabona köçüblər. Daha sonralar texniki təhsil almağı ona işsiz qaldığı vaxtara dəmir zavodunda iş tapmasına kömək edib. İşləmədiyi sahə qalmayıb desək yanılmarıq: avtomexanik, çertyoj çəkən, tərcüməçi, jurnalist, sığorta şirkəti, metallurgiya zavodu, nəşriyyat. Bütün bu zaman ərzində o daim kitablar oxuyub, xarici dillər öyrənərək özünü inkişaf etdirib.
İlk kitabını 1946-cı ildə çap etdirir, daha sonra 1966-cı ilə kimi heç nə yazmır, 1976-cı ildə jurnalist karyerasına son qoyub 54 yaşında özünü tamamilə yazıçılığa verir. 2010-cu ildə 87 yaşında 16 roman müəllifi kimi vəfat edir. İlk arvadı portuqal, ikincisi isə ispan olur.
Əsərin mövzusu adından da göründüyü kimi iki eyni insan haqqındadır. Biri - Tertuliano Maksimo Afonso tarix müəllimi, digəri - Antonio Claro isə aktyordur. Maksimo müəllim yoldaşının ona məsələhət etdiyi bir filmi izləyir və ikinci dərəcəli rollardan birinin onun bir neçə il əvvəlki vəziyyətində olduğunu görür, araşdırmağa başlayır.
Roman həddindən artıq maraqlıdır. Ən maraqlısı isə Antonionun Maksimonun sevgilisi - Maria da Paz ilə gecə keçirmək istəyindən sonra başlayır. Kitabın bu yerini oxuyanda ürəyimdə "aydaaa, sənin yerinə olsaydım intiqam alardım" deyirdim ki, istədiyimi Maksimo etdi, sağ olsun :D
Əsərdə əsl magic realism abu-havası var, amma Josenin həyatı haqqında oxuyarkən postmodernist olduğunu öyrəndim. Bəlkə də allusion deyilən şey idi məni yanıldan.
Roman əsasında 2013-cü ildə Jake Gyllenhaal`ın baş rolunu ifa etdiyi Enemy filmi çəkilib. Canadian Screen Awards`da 5 mükafata layiq görülüb və Toronto Film Critics Association Awards 2014 tərəfindən ilin filmi seçilib.
Amma mən oxuyarkən fikrimdə canlandırdığım xarakterlərin fotolarını da tapıb paylaşmağa çalışacam Sizinlə, so here we go :)
1. Tertuliano Maksimo Afonso
Ən maraqlı cümlələrim:
1. Xaos - çözülməli olan səliqədir.
2. "Əyləncə - ona ehtiyacı olmayanlar üçün əla dərmandır". (Razılşmasam da).
3. İnanmaq çətin olsa da, axıra qədər deyilməyən sözlərin səssizliyi, itirmiş hesab etdiyimiz çox şeyi xilas edə bilər.
4. Məsəldə də deyildiyi kimi, quyuya tüpürmə, gün gələr oradan su içərsən.
5. Düşmənlərimiz biz istəyirik deyə yox, onların bizim yerimizi tutmaq istəyi səbəbindən peyda olurlar.
Ənənəyə uyğun olaraq cover`lər :)
Ümid edirəm maraq oyandırdım, mütləq oxumalısınız :) Xalalixxxo

















No comments:
Post a Comment