Pages

Friday, 10 October 2014

12. Cənubi Afrika Respublikası və J.M.Coetzee’nin “Disgrace”i.

Rəfiqələrimin birindən bu yazar haqqında eşidəndə ilk növbədə hansı ölkədən olmasına baxdım. CAR, Capetown; blogun növbəti kitabı. Kitab universitet professorunun azyaşlı tələbələrindən biri ilə münasibəti səbəbindən universitetdən qovularaq qızının yanına getməsindən bəhs edir. Milli azlıqlara mənsub olan qızı da naməlum şəxslər tərəfindən təcavüzə məruz qalanda vəziyyət tamamilə dəyişir. Məzmunun belə qeyri-ənənəvi olmasına baxmayın, kitab çox gözəl üslubda yazılıb və insanı iyrəndirəcək, etik çərçivələrdən kənara çıxacaq heç nə yoxdur. Demək, ifrata varmadan da belə mövzularda səviyyəli əsərlər yazmaq olar. “Disgrace” romanı ilə o, 1999-cu ildə Booker mükafatını alıb.

Bu kitabda və bununla paralel oxuduğum “Səmərqənd” əsərində iki dənə “ilk” yaşadım. İndiyə qədər belə şey olmamışdı. “Səmərqənd”də olanı o kitab haqda yazanda yazacam, amma bu kitabdakı “ilk”imi deyim. Hər nə olursa olsun. Baxmayaraq ki, ədəbiyyat nəzəriyyəsi müəlliməm və elmi rəhbərim bədii əsərlərə sadəcə bədii nümunə kimi yanaşmaq lazımdır deyib, bu əsərlərdəki evliliyə xəyanətə bədii nümunə kimi yanaşa bilmirəm, bu da bu mövzuda konservativ olmağımla bağlıdır. İlk dəfə bu kitabda Professorla öz ərlərinə xəyanət edən Bev Şou və Surayaya qarşı məndə heç bir mənfi fikir formalaşmadı ki, bu da ancaq yazıçının məharətidir. 2003-cü ildə J.Coetzee`nin Nobel Mükafatını ifadə edən bir cümləni oxuduqdan sonra həqiqətən də belə olduğunu gördüm. Onun əsas istedadı romandakı “outsider” qəhrəmanını romanın sonunda mənəvi cəhətdən inkişaf etmiş birinə çevirməkdir və bu onda hiss olunacaq dərəcədə əla alınıb. Oxuyarkən Outsiderin inkişafını şəxsən özünüz izləyirsiniz və ona qarşı deyil, onun yanında mövqe tutursunuz.
J.M.Coetzee haqqında onu deyim ki, 73 yaşı var. Baxmayaraq ki, 2002-ci ildən həyat yoldaşı ilə bərabər Avstraliyaya emiqrasiya edib, əsərlərinin əksəriyyətində Afrika həyatını təsvir edir.



  
Kitab Avstraliya rejissoru Steve Jacobs tərəfindən ekranlaşdırılıb. Baxmaq lazımdır :)

  
Bu da həmin məşhur səhnə :(


Kitabda ən çox iki cümlə xoşuma gəldi:

1. “Baxdın, hər şey pisliyə doğru gedir - fəlsəfədən danışmağa başla”. Ətrafımızda belə edən çox insan var, çıxılmaz vəziyyətə düşəndə, fəlsəfəyə bağlayır. :)

2. “İntiqam - yanğı kimidir. Nə qədər çox içərsən, o qədər çox susayarsan”.

Bunlar da kitabın maraqlı coverl`ləri.















No comments:

Post a Comment