Carlos Fuentes Panamada anadan olsa da, atasının diplomat olması
səbəbindən kiçik yaşlarından bütün Latin Amerikasını gəzmiş və sonradan
Washington DC-yə köçmüşlər. Milliyyətcə, meksikalı sayılır, meksika
ədəbi xadimi hesab olunur. Atası da Meksikanın ABŞ-dakə səfiri olub.
Latin Amerikasını məcburi gəzməsi ona Latın Amerika ədəbiyyatını yad
biri kimi tənqid edə bilmək bacarığını qazandırıb. Aldığı mükafatlara
baxdıqda Carlos Fuentesin kifayət qədər görkəmli biri olduğunu anladım,
nolsun ki, biz tanımırıq, bəlkə də, tanıyanlar var imiş, mən indi
tanımışam (utanmaq smiley). Adam Meksikanın ən ali Belisario
Domínguez Şərəf Orderi, Miguel de Cervantes, UNESCO-nun Pablo Picasso
ordenləri daxil olmaqla, bir sıra başqa samballı mükafatları var.
1962-ci ildə ilk dəfə Meksikada çap edilən və 1965-ci ildə İngilis
dilinə tərcümə olunan Aura noveli əsərdəki ağbəniz mavi gözlü qızın adı
ilə bağlıdır. Əslində, belə görürəm ki, XX əsrin əvvəllərində Latın
Amerikasında meydana gələn əksər bədii ədəbiyyat nümunələrin hamısı
magic realism janrındadır. Belə ki, bu əsərdə də əsas üç obraz var -
ərinin memuarlarını kitab şəklində çap etdirmək istəyən Consuelo
Llorento, onun bacısı/qardışı qızı Aura və Consuelonun ərinin
memuarlarını yazmaq üçün bir tarixçiyə ehtiyacı olduğu barədə qəzetdə
verdiyi elana pul qazanmaq eşqi ilə ”qaça-qaça” reaksiya verən Felipe
Montero. Magic detallar çoxdur. Felipe Auraya aşiq olur, amma ona hər
toxunduğunda niyə Consuelonu görməsi, Consuelonun həyat yoldaşı General
Llorentonun şəklinə baxanda isə öz yaşlılığını necə görməsini bilmək
üçün, əlbəttə ki, əsəri özünüz oxumalı olacaqsınız.
Əsərdəki nahar səhnəsi.
Ən xoşuma gələn detal Carlos Fuentesin əsəri 2-ci şəxsin təkinə
xitabən nəql etməsidir. Sanki, olanlar Felipeyə deyil, sənə ünvanlanır -
sən kafedə oturdun, qəzetə baxdin, Auranı gördün, yemək yedin və s.
Aura opera teatrında səhnələşdirilib.
Deyim ki, əsər 2009-cu ildə Puerto Rikonun Təhsil Nazirliyi
tərəfindən əxlaqsız dildən istifadə iddiası ilə məktəb dərsliklərindən
çıxarılıb.
Əsərdəki cümləm Carlos Fuentesə aid deyil, 1798-1894-cü illərdə yaşamış fransız tarixçi, publisist və yazıçı Jules Michelet`nin sözlərindən epigraf kimi istifadə edilmiş hissədəndir:
Allahlar da kişilər kimi həm qadın qucağında doğulur, həm də vəfat edirlər.
İndi isə cover`lər.








No comments:
Post a Comment