Kitabın posterlerini Tumblr`da çox görməyə başladım və üzərinə də New
York Times #1 Bestseller yazdığını görüb, bunun harasıdır bestseller
görəsən deyib kitabı sifariş etdim və gələn kimi də oxumağa başladım.
Kitab haqda onu deyim ki, roman 16 və 18 yaşlı xərçəng xəstəliyi olan
Hazel Grace və Augustus Waters`in “An Imperial Affliction” kitabını oxuduqdan sonra kitabın müəllifi Peter van Houten`lə görüşmək üçün Augustusun Make-A-Wish Foundation tərəfindən
yeganə diləyini reallaşdıraraq Amsterdama səyahətlərindən bəhs edir.
Hazel`in oxudugu kitab xərcəng xəstəsi olan bir qız tərəfindən yazılır
və bu qız kitabın sonlarına yaxın vəfat etdiyindən kitab adi bir
cümlənin yarımçıq qalması ilə bitir. Amsterdama səyahətin əsas məqsədi
də yazardan kitabdakl personajların sonrakı taleyini öyrənmək olur. Amma
səyahətin necə “hayal kırıklığı” ilə bitməsi və sonradan yazarın ABŞ-a
nə üçün qayıtması, Augustusun 80% yaşamaq ehtimalı varkən niyə 20%in
içində olmasını özünüz də oxuya bilərsiniz. Hə, onu da deyim ki, kitabın
son 40-50 səhifəsi ağlamalıdı ya da mən həddindən artıq həssaslaşmışam
)))
Baxmayaraq ki, kitab “teenager ədəbiyyatı” nümunəsi kimidir, insan
özü üçün çoxlu nəticəyə gəlir. Kitabda çox əla insana stimul verən
fikirlər var. Görəndə ki, ağır xəstəliyə düçar olmuş insanlar öz
arzularını necə həyata keçirir, biz sağlam insanlar niyə öz
arzularımızın arxasınca getməyək ki?!
John kitabın adını William Shakespeare`nin “Yuliy Sezar” dramının ilk aktının ilk səhnəsindəki The nobleman Cassius says to Brutus, ‘The fault, dear Brutus, is not in our stars, / But in ourselves, that we are underlings.’ misralarından götürüb.
Kitabdan öyrəndim ki, Dom Perignon ilk dəfə şampan istehsal etdikdın
sonra dadına baxarkən ətrafındakıları yanına çağıraraq “Ulduzları
dadıram.” deyib.
Kitabın müəllifi haqda onu deyim ki, John Green qardaşı Hank ilə birlikdə Youtube`da 1 650 929 subscriberı olan Vlogbrothers
kanalı ilə məşhurdur. Həyat yoldaşı Sarah və iki uşağı ilə
İndianapolisdə yaşayır. Kitabdakı Peter van Houten kimi o, da snail
mail-lərə cavab yazmır, həmin smaillər anasından gəlsə belə :)
2012-ci ilin Yanvarında nəşr olunan bu kitabın kinosu çəkilir və deyilənlərə görə 2013-cü ilin İyun ayında nümayiş olunacaq.
Kitabdakı cümləmi də yazım ondan sonra kitabdakı personajlar ilə bağlı çoxlu-çoxlu maraqlı şəkillərə keçim.
Cümləm: Hazel`gilin evlərində Augustus ona kitab oxuyarkən yazarın cümləsi:
"O oxuyarkən yuxuya gedər kimi aşiq oldum: Öncə yavaş-yavaş, sonra bir anda."
Demiyim niyə, amma bu cümlə çox gözəldir :)
Bundan başqa “Kədər insanı dəyişdirmir, onu açığa çıxarır.”, “Yazmaq
yenidən canlandırmır, daha da basdırır.”, ” Ağlı qarışdırılmayacaq qədər
qüvvətli olan biri varmı?”, “Cəhd etmək yox, sadəcə etmək var.”
vəəəəəəəə "Xatirə yoldaşını itirmək, xatirənin özünü itirmək kimi hiss etdirir insana, sanki daha az real və önəmsiz kimi."





No comments:
Post a Comment