Pages

Friday, 10 October 2014

4. Almaniya və Erix Mariya (Paul) Remark. "Üç Dost".


Eyni vaxtda 3 kitab oxuyurdum, bəli, hər şeydən tez bezən insan olduğum üçün belə oxumaq məcburiyyətində oluram çox vaxt. Yox, heç birini digəri ilə qarışıq salmıram, hansı harda yarım qoyuramsa, normal davam edə bilirəm :) 3 həftə əvvəl facebookda gördüm ki, Bookclubda növbəti görüşdə Remarkın “Üş Dost”u müzakirə olunacaq. Hər hansı bir fənni müəlliminə görə sevdiyim biri olduğum üçün, bu kitabi ilk dəfə heç sevmədiyim bir universitet dekanlarımızdan birinin oxuduğunu görmüşdüm. O gündən tanımadığım bu yazıçını oxumağı ağlmın ucundan da keçirmirdim. Bookclubu görəndə, neçə vaxt idi qatılmırdım, kitabı oxuyum gedim deyə fikirləşdim. Aldım kitabı oxumağa başladım, bookcluba qədər bitirə bilmədim, görüşə gedə bilmədim. Dünən gecə 3ə işləmiş kitab bitti. Keşkə elə bitməsə idi. Son abzasa qədər elə bilirdim qız sağalacaq. Sağalmadı. Tuberklyozdan vəfat etdi. Ağlamaq üçün əla səbəb. “Ben de durur muyum, hemen ağladım.”




Kitabın son abzasına qədər fikirləşirdim ki, necə yüngül kitabdı, beyin yorulmur, həyəcan yoxdu, maraqla növbəti chapteri gözləmirəm ki, görəsən sonra nə oldu. Ağlamaq üçün bəhanə axtardığım bu son 3 həftədə üç dostlardan birinin öldürülməsi səhnəsində heç nə hiss etmədim, çox adi, Kesterin Lençin qatilini axtarması səhnələri onun ölümündən daha təsirli idi.
Kitab, ümumiyyətlə, Almaniyada yaşayan və maşın təmirxanası olan 3 dostun - Lenç, Kester və Robertin həyatından bəhs edir. Sonradan bu üçlüyə Robertin sevgilisi Pat - Patrisiya da daxil olur və həyatının sonuna qədər onlar Patı xoşbəxt etmək üçün əllərindən gələni edirlər.
E.M.Remarkın həyatından bir az oxumaq qərarına gəldim və öyrəndim kiiiiiiiiiiiiiiii, sən deməəəəə bu Pat onun ilk həyat yoldaşı İlze Yutta Zambonanın prototipi imiş. Yutta da xəstə olur və Remark onunla boşandıqdan sonra belə həyatının sonuna qədər ona maddi yardım göstərir, vəfat etdikdən sonra da ona 50 min dollar məbləğində miras qoyur.







Kitabı oxuyarkən Remark haqqında formalaşan fikirlərim onun həyatı haqqında oxuduqdan sonra yox oldular. Mən onu sakit, saf bir qoca hesab edirdim, sən demə, adam əsl həyat insanı imiş. Bu arada, ən sevdiyi söyük “ass” imiş :D , bəzi vaxtlarda impotentlikdən əziyyət çəkirmiş, ilk romanından utandığı üçün bütün nəşri özü alıb, 500 mark müqabilində baron titulunu satın alıb, Dostoyevskini çox sevib, impressionist tablolar, xalçalar və mələk şəkillərindən ibarət kolleksiyası olub, A Time To Love and A Time To Die filmində Polman rolunu canlandırıb. Dostları onu Bonni çağırırlarmış.



Vəəəəə kitabdakı iki cümləm:

1-cini Robertin Pat ilə yeni tanış olduğu vaxtlarda Kester ona deyir:

- Heç kimi özünə yaxın buraxma. Buraxsan, həmişəlik yanında saxlamaq istəyəcksən. Heç nəyi də yanında saxlaya bilməzsən.

2-cini isə kitabın son səhifələrində Patın xəstəlikdən vəziyyəti pisləşən vaxtlarında Robbi ona deyir:

- Təslim olmadıqca, öz taleyindən güclüsən.



No comments:

Post a Comment