Herta Müller 1953-cü ildə Rumınyada anadan olub, həm rumın, həm da
alman vətəndaşlığına sahibdir və ədəbi yaradıcılıq dili alman dilidir. 2009-cu ildə təbiəti təsvir edən nəsr əsərlərində olan nəzm ünsürlərinə görə Nobel Mükafatına
layiq görülüb. Universitetdə alman və rumın ədəbiyyatı fakültəsində
təhsil alan Herta 1987-ci ildə yazar olan həyat yoldaşı Richar Vagner
ilə birlikdə Almaniyaya köçüb və hal-hazırda da orada yaşamaqdadır.

Almaniyaya köçdükdən sonra yazdığı ilk əsər olan “Tək ayaqlı yolçu”
romanı Franz`ın arxasından başqa ölkəyə gələn İrene`nin həyatından bəhs
edir. Yad ölkəyə atdığı ilk addım uğursuzluğa düçar olur. İrene`ni
Franzın əvəzinə dostu Stefan qarşılayır, amma İrene geri addım atmır.
Franzın yaşadığı rayona gedir və bir şeylərə nail olmağa çalışsa da,
alınmır. Vaxtınıın çoxunu səyahətlərdə keçirən Franz İrene`nin gəlişini
önəmsəmir. Onun yerinə dostu Stefan və Stefanın biseksual dostu Thomas
İrene`nin yalnızlığını bölüşürlər. Sonda İrene sahib olduğu yalnızlığl
ilə öz vətəninə geri dönür.

Rəfiqələrimdən biri Hertanın əsərlərindən birini oxumuşdu, təsvir və
gec oxunan əsərləri sevməsinə baxmayaraq Müllerin əsərlərinin daha can
sıxıcı olduğunu deyəndə, keşkə, oxumağa başlamazdım dedim, amma belə
olmadı. Uzun təsvirlərin olmaması ilə qəlbimi fəth etdi kitab. Müllerin
yazı üslübu Nobel Mükafatını alma səbəbini açıq-aydın təcəssüm etdirir.
Kitabdakı cümlələr nəzm ünsürləri daşısa da, fellərin zamanı insanın
diqqətini cəlb edir. Əsər daim hərəkətdə olan birindən bəhs edir, ancaq
fellərin zamanı insanə elə bir aləmə aparır ki, sanki hərəkətlər
havasızlıqda - vakuumda icra olunur. Bəlkə də, mənə belə gəldi, başqa
oxuyucuya başqa cür təsir edəcək. Kitabdakı cümlələr nəql deyil də,
sanki qırıq-qırıq, qısa-qısa davam edən hərəkətlərdən ibarətdir.
Çox maraqlı müqayisələr var “Cinayət törətdikdən sonrakı əl ilə bıçaq arasında olan səssizlik kimi idi.”, “Nəfəs almasınlar deyə hisslərinin üstünə düşüncədən hazırlanmış binalar yerləşdirdiyi şübhəsi." - kimi.
Kitabdakı cümlələrim isə,
1. İki nəfərlik bir yataq. İnsan tək yatacaqsa, bir mənası yoxdur.
2. Qadınların ruhunda vardır külək. Fırtınalardan öncə
sarsılırlar. Sonrakı illərdə isə başlarına gələcəkləri bilən kimi
görünürlər. Bəzi şeyləri gözə alırlar.
3.Qadın şantajı bacarır. İnsan ya bacarar ya da heç cəhd etməz.
4. Hər eniş (gəliş) şəhərə bir hücumdur.
Vəəəə cover`lər.

No comments:
Post a Comment