Pages

Friday, 10 October 2014

11. İraq və Səddam Hüseynin “Zabiba və Kral”ı.

Səddam Hüseynin roman yazdığını öyrənəndə çox təəccüblənmişdim. Roman yazmaq qabiliyyətinə yox, sevgi romanı yazmağı mənə qəribə gəlmişdi. Onun kimi bir siyasətçi və sevgi romanı. Əlbəttə ki, siyasətçilərin də qəlbi var, onların da təxəyyül dünyaları genişdir, amma nədənsə Səddamdan gözləmirdim. Maraqlı idi ki, görüm bunun sevgi anlayışı necədir.

Dünən gecə romanı bitirdim. Kitab başdan ayağa alleqoriya. Zabiba İraqı, Kral Səddamı, Zabibaya təcavüz edən həyat yoldaşı isə Amerikanı təmsil edir. Olaylar 7-8-ci əsrlərdə Səddamın doğulduğu Tikrir kəndində cərəyan edir və başdan - ayağa Zabiba ilə Kralın dialogu əsasında qurulub. Sadəcə sonda 30 səhifəni başqaları danışır. Zabiba Krala “həyat dərsi” verir, onu təkallahlığa sövq edir, xalqın tiranı yox, onun qoruyucusu olmağı məsləhət görür və sonda yadellilərə qarşı mübarizədə ölür. Zabibanın əri də ölür və Amerika məğlub olur, İraq çiçəklənir. Bla Bla Bla… Ənənəvi "dic lit"  nümunəsi.
Sonradan onun əsasında 20 hissəli serialfason bir şey çəkiblər və bu roman Taylor Mac-ın "The Palace of The End" - in mövzusu olub.

Bir çoxları iddia edir ki, romanı Səddam  özü yox ghostwriter`lər yazıb, Səddam isə öz adına nəşr etdirib. Onlardan başqa hamı deyir ki, “yooooox, nə danışırsız, ola bilməz”, o özü yazıb və 2000-ci ildə anonim olaraq nəşr etdirib. Rusca da, ingiliscə də, kitabın müəllifi Səddam bəy göstərilir.




Kitabı Səddamın yazmağından şübhə etmirəm, çünki elə özünə uyğun, onun kimi birinin qələmindən çıxa biləcək bir romandır. Ümumi olaraq xoşuma gəlmədi, amma oxumayın demirəm, oxuyun ki, fikriniz formalaşsın, bəlkə sizin xoşunuza gələcək.

Romanda bir neçə yerdə xoşuma gələn çox ağıllı müqayisələr, bənzətmələr, fikirlər və deyimlər var. O yerləri oxuyanda “sağol Səddam” deməmək mümkün deyildi. Həmin yerləri tam yazmayacam, maraqlı olsun sizə, amma orada Kralın Zabibanın ağzını niyə qısqanması, sonra kişilərin nəyə görə qadınlara öz sirlərini əmanət etmələrinin səbəbləri, qadınların öz ərlərindən şikayətlərinin digərlərinə nələr ifadə etməsi və bir neçə İraq Atalar Sözləriçox maraqlı idi.







No comments:

Post a Comment