Pages

Friday, 24 October 2014

22. İran və Mahbod Seraji`nin "Rooftops of Tehran".

Mahbod Seraji haqqında heç bir bilgim yox idi, təsadüfən iranlı olduğunu öyrnən kimi kitabını endirdim və İran üçün oxumağa başladım. Oxumadan əvvəl bookclub`dan da bir nəfərin bu kitabı oxuyub bəyəndiyimi eşitmişdim. Kitab daha da maraqlı oldu.
Mahbod Seraji 1956-cı ildə İranda anadan olub, 1976-cı ildə isə universitet oxumaq üçün ABŞ-a köçmüşdür. Ayova universitetində bakalavr, magistr və doktorluq dərəcələrini alıb. Haqqında oxuduğum qədəri ilə “Tehranın damları” onun yeganə əsəridir.

image

Yazıçı kitab haqqında fikrini bildirərkən qeyd edir ki, onun əsas məqsədi ictimaiyyəti “əsl” İran ilə tanış etmək olub. İnsanlarının istiqanlılığını, qonaqpərvərliyini, adət, ənənələrini, bir-birinə olan münasibətlərini geniş kütləyə çatdırmaq üçün belə bir kitab yazıb. Saytında qeyd edir ki, kitabla bağlı istənilən müzakirəyə qoşulmağa şad olardı. Bunun üçün mahbod@rooftopsoftehran.com e-mailinə not yazmaq kifayətdir. Kitabı oxuduqdan sonra öz fikirlərinizi sevə-sevə onunla bölüşə bilərsiniz.

Kitab haqqında onu deyim ki, “The catcher in the Rye”, “The Perks of Being A Wallflower” kimi gənc bir oğlan uşağının ətrafında baş verən hadisələri əks etdirir. Şah dövründə iranlıların əziyyətindən, gənclərin Marksizm cərəyanına meylindən, şah irticasınınn onları təqib etməsindən, öldürülməsindən, ailələrinə yas tutmağa belə icazə verilməməsindən, yer üzündə belə insan yaşamımış kimi həyata davam edilməsindən bəhs edən bu kitabın əsas qəhrəmanları Paşa və Əhməddir. Onlar həm qonşu, həm sini yoldaşı, həm də ən yaxın dostdurlar. Hadisələr Paşanın dilindən nəql edilir. Paşa ağıllıdır, ətrafında baş verənləri dərk edir və ailəsinin də istəyi ilə Amerikada təhsilini davam etdirəcək. Amma Amerikaya gedənə qədər həyatında çox ağır günlər keçirir.

Qonşuları Zariyə aşiq olur, Zari həm yaşca ondan böyük, həm də ictimai-fəal gənc “Doktor”un nişanlısıdır. Doktor Paşanın dostudur, ona oxumağa kitablar tövsiyyə edir, amma dostunun nişanlısına aşiq olduğuna görə Paşa vicdan əzabı çəkir. “Doktor”un ölümündən sonra Zari nişanlısının intiqamını almaq və şah rejiminə öz etirazını bildirmək üçün şahın ad gününə həsr olunmuş yürüşdə şaha zərər yetirmək üçün özünü yandırır və bununla da Paşanın ən ağır günləri başlayır.

Əsər Happy End`lə bitir. Amma istəməzdin elə bitsin. Zari ölsə idi, daha maraqlı olardı. Belə ənənəvi sonluq artıq maraqlı deyil. Paşa gedir Amerikada oxuyur, rejissor olub İran həqiqətlərini dünyaya çatdırmağı və yaxşı həkimlər gətirib Zarinin yanan sifətini estetik əməliyyat etməyi özünə vəzifə edir.
Axıcı və maraqlı kitabdır. Oxumağa dəyər.

Kitabın “tapa bildiyim” cover`ləri:

image

image

image

Ən yadda qalan cümlələr isə:

image

"Belə bir gülməli hadisə":

image



No comments:

Post a Comment