Bəzən paralel 4-5 kitab oxuduğum vaxtlar olur. Bu hala düşmək
Səmərqəndin də taleyində var imiş kitabı bitirənə qədər 4-5 kitab
bitirmişəm. Bəli, maraqsız olan kimi, səbr edə bilməyib başqa kitaba
keçmişəm. Bu maraqsızlıq da ən çox sonuncu hissədə olub.

Tarixi roman olan “Səmərqənd” ilk hissələrində Ömər Xəyyamın
həyatından, “Rübaiyyat”ın yaranmasından, həmin dövrün ictimai-siyasi
vəziyyətindən, son hissədə isə XX əsr və İran İnqilabından bəhs edir. 4
hissədən ibarətdir və ilk dəfə 1988-ci ildə fransız dilində nəşr olunub.
Liviya və fransız dili? Yəqin ki, hər şey aydındır. Əsərin müəllifi
Liviya əsilli fransızdır, amma əsər fransız ədəbiyyatına aid edilmir.
Nəysə, romanın ilk hissələri çox maraqlıdır, həddindən artıq. Tarixi
ünsürlər öz sözünü deyir. Ömər Xəyyamın gəncliyi, həyatı, olduğu
şəraitdən asılı olaraq cavab kimi dediyi rübailər çoc əladır.
Ümumiyyətlə, əsərin ilk hissələri, Xəyyam, hamımızın tanıdığımız məşhur
vəzir Nizamülmülk (Səlçüq imperiyası) və Assasinlərin əsasını qoyan
Hasan Sabbahın ətrafında cərəyan edən hadisələri əks etdirir. Xəyyamın
Rübaiyyatı necə yazmağa başlaması, Hasan Sabahın necə həmin Rübaiyyatı
oğurlatması, saxlandığı kitabxanaların yanmasına baxmayaraq, Rübaiyyatın
zərər görməməsi (?), Xəyyamın sevgilisi, sevgi və şərab dolu həyatı və
s. bunlar hamısı öz yerində.
Gələk son hissəyə. Son hissə XX əsrdə İran inqilabından və bu
“Rübaiyyat”ın arxasınca İrana qədər gəlib çıxan Benjamin Omar Lesage`ın
macəralarından bəhs edir. İran mənim üçün o qədər maraqsız bir ölkədir
ki, yəqin elə burada təsvir edilənləri oxuyub bitirənə qədər paralel bir
neçə kitab oxumuşam. Benjaminin ikinci adı Ömərdi, çünki anası ilə
atası Ömərin “Rübaiyyat”ına olan maraqlarına görə tanışıb, sevib,
evləniblər.
Benjamin də bu marağına görə İranın devrilmiş şahının nəvəsi
ilə qarşılaşıb onu sevir.
Və gəldik yenə ən maraqlı səhnələrdən birinə. Titanic. Sonluğun
Titanicə bağlanması əladır. “Rübaiyyat” Titaniclə birgə okeanın dibinə
enir, Benjamin Titanicin 1-ci sinif sərnişinlərini gəmidən
kənarlaşdıran qayıqlardan birinə xilasedici çatışmadığından ondan
avarları çəkməsini istəyirlər. Şahzadə Şirin də həmin qayıqda olur.
Ancaq sonda Şirin də “Rübaiyyat”ın yanına gedir. Necə? :P
Amin müəllim Liviyada anadan olub, vətəndaş müharibəsi başladıqdan
sonra (1975) Fransaya köçüb. Anası türkdür. Ədəbi fəaliyyətinə görə Goncourd Prix ve Austrian Award mükafatlarını alıb, və 2012-ci ildə Elite French Academy`ye uzv seçilib. Liviya onunla fəxr edir. :)

Kitabdan maraqlı seçmələr və ƏN`im :)
Əla məsəllər:

Qədim Səmərqənddə qeyri-adi bir adət :)

Maraqlı sözlər :)


O gecə.

Vəəə… Ən!

p.s. Kitabın Original Cover`i.

And others.


Kitabin bizim dilde newri var?
ReplyDelete