Pages

Friday, 15 May 2015

30. Kolumbiya və Gabriel Garcia Marquez`in "Love in the time of Cholera" romanı.


Latın Amerikası ölmədən öncə getmək istədiyim "ən"lər arasında ilk üçlükdədir. 1 ay olar ki, oxuyub bitirdiyim Marquez`i yazmağa vaxt tapmağımın əsas səbəbi Kolumbiyadan sonra oxuduğum Yaponiyanı tez yazmaq istəyimdir. Shakira Shakiraaaanin vətəni olan Kolumbiya həm də Gabonu yetişdirib. 






Marquez`in bir çox əsərini oxumuşam, amma ondan oxuduğum ilk əsər hələ də yarımçıqdır - "100 illik tənhalıq". Öz dilimizdə tərcüməsini oxuya bilməmişdim, fikirləşirdim başqa dildə oxuyacam, amma indi düşünürəm ki, bir daha cəhd edim. Nə isə, Marquezi hamımız olmasa da, çoxumuz, əsasən də kitabsevərlərin hamısı tanıyır. Gabriel José de la Concordia García Márquez ən çox sevdiyim, üzünə baxmaqdan doymadığım bir yazıçı idi. 2014-cü il Aprelin 17-də vəfat etdi - ad günümdən bir gün öncə. Adamın simasından pozitivlik saçırdı. Ya da mənə elə gəlirdi.




 1982-ci ildə aldığı Nobel daxil olmaqla, çoxsayda mükafatları var. Qərara gəlmişəm ki, əvvəlki yazılarda olduğu kimi yazarların həyatından  çox yazmayım, keçim birbaşa əsərin özünə. İndiyə qədər oxuduğum yazarlardan Marquez bəlkə də yeganəsidir ki, bütün əsərlərində eyni ruh var. Düzdür, magik realizmin nümayəndəsidir, amma eyni cərəyandan başqa yazarlar da var. Gabrielin əsərlərinin hamısında isti hava, üfunət iy, kanalizasiya, tər, toz-torpaq yollar, bataqlıq kimi bir atmosfer var.  Blog üçün məhz "Xolera zamanı eşq" əsərini oxudum. İndi yazdıqca fikirləşirəm ki, axı orada Fermina Daza həmişə təmiz geyinib, əri Doktor Urbino hər gün çimib. Belə məqamlar olsa da, verilən bir-iki təsvir bütün kitabın abu-havasını dəyişir. 




İndi isə sizə əsərin mövzusundan danışım. Məktəbdə "İnsan və Cəmiyyət" dərsində direktorumuz, həm də fənn müəllimimiz Oqtay müəllim deyərdi ki, məhəbbət sadəcə qarşı cinsə deyil, anaya məhəbbət, vətənə məhəbbət, kitaba məhəbbət, ölkəyə məhəbbət və s. Son zamanlar elə bir dövrdəyəm ki, həyatımda məktəb vaxtı tək bir mənasını bildiyimiz sevgini çıxmaqla, Oqtay müəllimin sadaladığı bütün sevgilər var. Bu əsər məni sevgidən lap uzaqlaşdırdı desəm, yanılmaram.

Sən get bir qadını sev, evlənə bilmə, başqası ilə evlənməsini izlə, uşaqlarını gör, bütün bu müddət ərzində şəhərdə yatmadığın qadın qalmasın, sonra da gəl de ki, n`olsun, за то ürəyimdə Fermina Daza`dır. Florentino Arizaya deyin fly elesin to the moon, back olmadan. Oxuduğum kitabları həddinən artıq ürəyimə salıram və mənim qalaktikamda belə şey yoxdur. Amma kitab nə qədər magik olsa da, vəziyyət realdır. Müasir dövrümüzdə tipik azərbaycanlı kişisinin 70%-nin prototipidir Florentino Ariza.


Sadiq həyat yoldaşı mənim üçün həmişə müqəddəsdir, Doktor Urbino da Fermina Dazanı aldadır, amma mən hələ də şübhə edirəm ki, o şayiə idi. 

Fermina Daza da ömrünün yarısını bərabər yaşadığı Urbinonu torpağa verəndən bir neçə ay sonra Florentino ilə iki qoca köhnə tanış kimi görüşməyə başlayırlar və 53 ildən sonra, 72-73 yaşlarında yenidən sevişirlər. Bu səhnələrin metaforası isə sevginin və sevişməyin yalnız cavanlara aid olduğu şablonunu sındırmaq olub. Amma ki, what the fuck??? 72 yaşında iki qocanın cinsi əlaqəsi nə dərəcədə estetik və ağlasığandır?

Hə bir də, "Into the wild"a baxandan sonra hansı hissə qapılmışdımsa, Doktor Urbinonun necə öldüyünü oxuyanda da eyni hissləri yaşadım. Ölmək çox asandır. Sən çalış-vuruş, həyatın fəlsəfəsinə beynini yor, özündən fəlsəfə çıxar, atom parçala, sonra bir arı sancsın öl... Qəribədir :)

Kitabın filmi də çəkilib, hətta Gabo filmə iki mahnı yazması üçün Sharikanı çətinliklə yola da gətirib.




Bu dəfə cover yoxdur, yerinə Gabonun karikaturaları var, enjoy :)

























No comments:

Post a Comment